Royal Bank of Scotland bankının rəhbəri Stephen Hester ona verilən 1 milyon funt dəyərindən bonusdan imtina edib
Bonus Britaniyada böyük qalmaqal yaradıb. BBC-nin biznes məsələləri üzrə redaktoru Robert Peston deyir ki, cənab Hester 963 min funt sterlinq dəyərində səhmlərindən "böyük siyasi təzyiqlər nəticəsində" əl çəkib.
Cənab Hesterə bonus səhmlər şəklində verilib və o, bankın 1 milyon funt sterlinqə yaxın dəyərdə səhmlərini almaq imkanı qazanıb.
Ancaq Leyboristlər partiyasının cənab Hesterin bonusu məsələsini parlamentin müzakirəsinə çıxarmaq qərarından sonra RBS rəhbərinin bonusdan imtina etməkdən başqa çarəsi qalmayıb.
Bu ayın əvvəlində RBS bəyan edib ki, qlobal bank şöbəsindən 3500 iş yerini kəsəcək.
Bu ixtisarlar RBS-in 11 min insanı işdən çıxarması və işçilərinin sayını demək olar ki, yarıya endirməsi deməkdir.
Bankın səhmləri ötən il ərzində 36 faiz enib.
Kölgə kabinetinin biznes naziri Chuka Umunna deyib ki, cənab Hester artıq öz işinə görə qiymətləndirilib.
"O, ildə 1.2 milyon funt sterlinq maaş alıb - bu isə bu ölkədə adi işçinin orta maaşından 46 dəfə artıqdır".
islamazeri.az