Son illərdə bütün milli-mənəvi, dini-əqidəvi dəyərlərimiz amansız düşmənlər tərəfindən məqsədyönlü şəkildə dağıdılır
Belə bir şəraitdə bu tədbirə qarşı da laqeyd yanaşılmır, hər gün yeni-yeni şübhələr yaymaqla bu misilsiz xalq hərəkatına qarşı da təxribatçılıq işləri aparılır. Əlbəttə, ölkəmizdə yuva qurmuş düşmənlərin, onların siyasətlərini canla-başla həyata keçirən öz xain muzdurlarımızın narahatlığını başa düşmək çətin deyildir. Milyonların qəlbindən, ruhundan süzülüb gələn bir məhəbbətin, bu hisslərdən doğan ümumxalq hərəkatının təbiiliyindən, coşğunluğundan və hərarətindən düşmənlərimiz nəinki qorxmalı və hətta kökslərində məkr və hiylə ilə döyünən ürəkləri belə partlamalıdır...
Sapı özümüzdən olan baltalara tam səmimiyyətlə bir açıqlama:Qəlbinin və vücudunun meyvəsi olan əziz cavanını əlindən verən bir valideyn bir neçə ildən sonra bu hadisəyə soyuqqanlıqla yanaşdığı bir halda, üstündün 1400 il keçmiş bir hadisənin ildönümü yaxınlaşanda ölkə təlatümə gəlir böyük bir edən bir hərəkat yaranır.
Bu barədə nə düşünürsünüz?!
Doğrudanmı bu adi bir hadisədir?! Görəsən bunu özgə bir şeylə əvəz etmək mümkündürmü?!
Müxtəlif biçimli təşkilatlar qurub, bu mərasimə qarşı “qununi mexanizm” hazırlayan məmurlara:Sizin özünüzün də mirası olduğunuz mənfur kommunist rejimi 70 il gecə-gündüz bu məqsəd yolunda çalışdı; minlərlə günahsız insanın qanını tökdü; dünyanı lərzəyə gətirəcək topu-tüfəngi ilə hər cinayətə əl atdı. Amma bu xalqın dinini əlindən ala bilmədi; onları İmam Hüseyndən ayırmağı bacarmadı. Nəticədə özü məhv olub, tarixin zibilliklərinə atıldı. İbrət götürün, fikirləşin! Onlar məhv olub aradan getdi, amma bu xalqın adət-ənənələri, əqidə və mənəviyyatı yaşadı! Unutmayın ki, xalqın qəzəbi Allahın qəzəbi kimidir, coşdusa, onu heç bir qüvvə yatıra bilməz!
islamazeri.az