اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Bu gün (Şeir)

Yayım Tarixi: 10.02.2012 00:15
Mədəniyyət
Yazı ölçüsü: büyüt küçült         

haber
(Ya Rəsulum!) biz səni haqq ilə müjdələyən və xəbərdarlıq edən (bir peyğəmbər) göndərdik.(Bəqərə, 119)


Rəsuli-Əkrəm Məhəmməd (s)-in mövludu münasibətilə


                               Bu gün

Eydi-mövluddur, könül, şad olmaq adətdir bu gün,
Qüssəvü qəmlərdən ayrıl, istirahətdir bu gün,
Hər bəşər övladı üçün bir səadətdir bu gün,
Xaliqə şükr etmək ən vacib ibadətdir bu gün,
Allahın lütfü cahana binəhayətdir bu gün,
Bizlərə biz bilməyən gündən əmanətdir bu gün.

Gün bu gün təşrif edib dünyaya zahid bir könül,
Həm mülayim, həm mübariz, həm mücahid bir könül,
Ədldə, təqvada hər bir şəxsə aid bir könül,
Tam edib hər könlü oldu dəhrə varid bir könül,
Şadlanır cümlə müsəlmanlarda vahid bir könül,
Söz deyib bir könlü sındırmaq qəbahətdir bu gün.

Hamı aşiq muştuluq eylər Əmirəlmöminə,
Çoxluğundandır sevincin hər nəfər istər dinə,
Toplanıb ərzü səma, insü məlaik bəzminə,
Eydi-mövludi-nəbi xoşdur nəinki möminə,
Çox günahkar kimsəni Xaliq götürmüş zaminə,
Nar içində od tutan zalim də rahətdir bu gün.

Gün bu gün ulduzlara bir mahı Xaliq tac edib,
Xilqəti ol mahrunun mehrinə möhtac edib,
Bizlərə Allah o şəxsin eşqini amac edib,
Hansı ki lütfilə həqqin göylərə merac edib,
Bir həkimdir ki cəhalət dərdinə illac edib,
Cəhldən yatmış şüurlarçün qiyamətdir bu gün.

Ey müsəlman, hali ol, çox qalmayıb son mənzilə,
Ağır oldu əhli-eşqin haləti ildən-ilə,
Qaldı dünya bir sürü qəflətdə yatmış cahilə,
Müstəfa ismiylə hər bir yerdə olsan gəl dilə,
Çoxdan alt-üst olmalıydı bu günahü cürm ilə,
Hörmətindəndir onun dünya səlamətdir bu gün.

Ya Rəsulallah, nə gizli sirr var agahisən,
Biz sənin məddahinik, sən Xaliqin məddahisən,
Sən Xanım Zəhra atası, sən Əlinin şahisən,
Biz kimik qədrin bilək, sən dahilərçün dahisən,
Əldə Qurani-Kərim kövni-məkan izahisən,
Bizlərə ən adi kəlmən istiqamətdir bu gün.

Ya Məhəmməd, şad günündür, keç mənim əfğanımı,
Lütf edib vəslət meyin məxmur elə hicranımı,
Nola cahillər edir viran sərü səhmanımı,
Xoş bu ki eşqin qəmin fövqündə saxlar canımı,
Isminə bir şer yazdım, əfv qıl nöqsanımı,
Arifəm, ariflərə susmaq cinayətdir bu gün.

Hacı Arif Buzovnalı

islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Zehra
10.02.2012 18:10

qelemine quvvet shair peyqember shefaetine nail olasan
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768