Təmir işləri zamanı Qax, Zaqatala və Balakən rayonlarına "mavi yanacağ"ın verilişində fasilələr yaranacaq
Qax, Zaqatala və Balakən rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, cari təmir işlərinin aparılması ilə əlaqədar, sabah 17 fevral tarixində saat 10:00-dan 1800-dək “Yevlax-Balakən” magistral qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.Təmir işləri zamanı Qax, Zaqatala və Balakən rayonlarına mavi yanacağın verilişində fasilələr yaranacaq.
islamazeri.az