Bu gün Bakı Apellyasiya Məhkəməsində hicab məhbusu, ilahiyyatçı Tale Bağırovun məhkəməsi keçiriləcək
Bu gün (fevral ayının 20-si) Bakı Apelyasiya Məhkəməsində, may aının 6-sı "Hicaba Azadlıq!" aksiyasında həbs edilmiş ilahiyyatçı-alim Hacı Tale Bağırovun apellyasiya şikayətinə baxılacaq.
Qeyd edək ki, Hacı Tale Bağırovun apellyasiya məhkəməsi bu gün saat 14:30 da başlayacaq. 2011-ci il dekabrın 23-də Nərimanov Rayon Məhkəməsi Taleh Bağırova 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsib. O, Cinayət Məcəlləsinin 221.2-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə ittiham olunub./Azadxeber.az/
islamazeri.az