اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Bu gün Təhlükəsiz İnternet Günüdür

Yayım Tarixi: 07.02.2012 13:56
Texnologiya
Yazı ölçüsü: büyüt küçült         

haber
Bu il Təhlükəsiz İnternet Günü “İnternet dünyasını təhlükəsiz və birlikdə açaq” şüarı altında keçiriləcək

Bu gün dünyada Təhlükəsiz İnternet Günü (Safer Internet Day) qeyd olunur. 2004-cü ilin yanvarında Avropa Komissiyası tərəfindən təşəbbüs edilən bu Gün internetin təhlükəsizliyinin təmin olunması istiqamətində reallaşdırılan qlobal kampaniyanın bir hissəsidir və hər il fevral ayının ilk çərşənbə axşamı qeyd olunur. Həmin gün təşkil olunan tədbirlər internet-texnologiyaların əsasən uşaqlar və gənclər arasında daha təhlükəsiz və məsuliyyətli istifadə olunmasının təbliğatına yönəldilir. Təhlükəsiz İnternet Gününün Avropa İttifaqının dəstəyi ilə əsas təşkilatçısı və əlaqələndiricisi INSAFE (European Safer Internet Network) təşkilatıdır.
Bu il Təhlükəsiz İnternet Günü “İnternet dünyasını təhlükəsiz və birlikdə açaq” şüarı altında keçiriləcək və nəsillərin əlaqəsinə və qlobal şəbəkədən təhlükəsiz istifadə üzrə qarşılıqlı təcrübə mübadiləsi imkanlarına həsr ediləcək. 

Bu günə həsr edilən tədbir dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda da keçiriləcək.  
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768