Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Fevralın 23-də hava şəraitinin axşam yarımadanın bəzi yerlərində az yağıntılı olacağı gözlənilir. Arabir güclənən cənub küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Fevralın 23-də hava şəraitinin əsasən gecə və axşam bəzi şimal və şərq rayonlarında az yağıntılı olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta təşkil edəcək.
Hava şəraitinin qısa icmalıFevralın 23-24-də ölkə ərazisində əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Lakin axşam və gecə bəzi şimal və şərq rayonlarında az çiskinli olacağı ehtimalı var. Günorta saatlarında cənub küləyinin güclənəcəyi gözlənilir.
islamazeri.az