Bu gün tarixdə hansı əhəmiyyətli hadisələr baş verib?
1517 — Martin Lüter öz tezislərini elan etmişdir.
1609 — Qalileo Qaliley ilk dəfə Ay səthinin xəritəsini tərtib etmişdir.
1786 — Toskana vilayəti (İtaliya) tarixdə ilk dəfə ölüm hökmünü ləğv etmişdir.
1840 — Napoleon Bonapartın cəsədinin qalıqları Müqəddəs Yelena adasından Parisə gətirilmişdir.
1872 — Tarixdə ilk dəfə Qlazqo şəhərində İngiltərə və Şotlandiya milli yığma komandaları araslnda beynəlxalq futbol oyunu keçirilmişdir.
1919 — Fransada qadınlar səsvermə hüququ əldə etmişlər.
1920 — Azərbaycanda qadın komitələrinin yaradılmasına başlanılmışdır.
1922 — RSFSR-in tərkibində Çeçenistan Muxtar Vilayəti yaradılmışdır.
1925 — Azərbaycan Kommunist Partiyasının VII qurultayı işə başlamışdır.
1939 — Sovet İttifaqı Finlandiyaya hücum etmişdir.
1950 — Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti günləri keçirilmişdir.
1999 — Avropa İnsan Haqları Məhkəməsi terrorçu Abdulla Öcalan barəsində çıxarılmış ölüm hökmünün icrasını dayandırmağı tələb etmişdir.
1999 — Küveyt parlamenti qadınların səsvermə hüququnun tanınmasına dair qanun layihəsini rədd etmişdir.
2007 — Tacikistan parlamenti Azərbaycan vətəndaşları üçün viza rejimini birdəfəlik ləğv etmişdir.
islamazeri.az