اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Bunlar kimə zərərlidir?

Yayım Tarixi: 21.02.2012 11:51
Ailə
Yazı ölçüsü: büyüt küçült         

haber
Bəzi dərman bitkilərinin zərərli xüsusiyyətləri

Dərman bitkilərindən ta qədim zamanlardan fiziki və mənəvi sağlamlığı müdafiə etmək üçün istifadə ediblər.
Belə hesab olunur ki, dərman preperatlarından fərqli olaraq, otlar daha zərərsizdir.
Ancaq otların da zərərli cəhətləri var və bunu nəzərə almayanlar öz sağlamlıqlarına zərər gətirə bilərlər.

Nanə kimə zərərlidir?
Hamiya məlum olan nanə bitkisi çoxlarının sevimlisidir. Nanə konfetlərdə və sərinləşdirici içkilərdə istifadə olunur. Ancaq nanə hamıya xeyir gətirmir. Təzyiqi aşağı olanlara nanədən uzun müddət istifadə etmək məsləhət görülmür. Nanə damarların tonusunu aşağı salmaq qabiliyyətinə malikdir. Nanə eləcə də orqanizmə ciddi ziyan vuraraq, damarların varikoz genişlənməsinə səbəb ola bilər. Nanə yuxuculluq gətirir, bu səbəbdən də səhər yuxudan oyanmaq çətinləşir. Bəzi insanlarda alın–gicgah nahiyəsində baş ağrıları, burun tutulması hissi müşahidə oluna bilər. Hərdən nanə mayalanma prosesini ləngitməklə özündə təhlükə daşıyır. Çox nadir hallarda nanə qıcqırmaya da səbəb olur.

Dəmrovotunun təhlükəsi nədədir?
Qaraciyər dəmrovotuna çox həssasdır. Əgər sizdə dəmrovotuna qarşı fərdi davamsızlıq varsa, onun həddən artıq qəbulu zəhərli hepatit ağırlaşması ilə müşayiət oluna bilər. Əgər siz güclü zəhərlənməyə məruz qalmısınızsa, bu zaman qusma, ürəkbulanma və çox nadir hallarda isə nəfəs yolu mərkəzinin iflici müşahidə oluna bilər.

Ladan ağacı və onun zərərli xassələri
Ladan ağacı qaraciyərə təsir göstərmək xüsusiyyətinə malikdur. Bu dərman preparatının və ya dəmləmənin aşırı qəbulu nəticəsində yatarkən insanda qarabasmalar, yuxuda kabus görmələr və yüksək dərəcədə həyəcanlanmalar baş verir. Eləcə də, insanda mədə-bağırsaq traktının pozulması, ürək funksiyasının, nəfəs funksiyasının pozulması müşahidə olunur və nəhayət, sonda iflicə gətirib çıxarır.

Qara meyvəli quşarmudu və gicitkən:  Ziyanlı xüsusiyyətləri
Gicitkəndən uzun müddət istifadə edərkən bəzi insanlarda tromboflebit yarana bilər. Qara meyvəli quşarmudu da insana bu cür təsir göstərir. Əgər sizdə protrombin aşağı səviyyədədirsə və qan pis laxtalanırsa, bu zaman gicitkənlə ağ turp ən yaxşı müalicə üsulu ola bilər.

Qastrit xəstəliyində hansı otlar zərərli sayılır?
Aroniya və qara meyvəli quşarmudunu onikibarmaq bağırsağın xorası xəstəliyi zamanı, qastrit və mədə turşuluğu yüksək olanlara istifadə etmək məsləhət deyil. Bəzi insanlar aroniya bitkisini dərman bitkisi olan araliya ilə dəyişik salırlar. Bu dərman bitkisini hipertoniya və ürək fəaliyyətinin pozğunluğu müşahidə olunan insanlara istifadə etmək məsləhət görülmür. Yuxusuzluqdan əziyyət çəkənlərə, güclənmiş sinir qıcıqlanması olanlara və onkoloji xəstələrə aroniya məsləhət görülmür.

Palıd qabığı məhlulu və onun qəbulundakı məhdudiyyətlər
Bir şeyi yadda saxlamaq çox vacibdir ki, palıd qabığı məhlulunu ağız yaxalamasında uzun müddət istifadə edərkən qoxu duyma qabiliyyəti pisləşir. Onu daxilə böyük dozalarla qəbul etdikdə isə qusma halları müşahidə oluna bilər.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Shelale
21.02.2012 14:23

Melumat uchun chox sag olun,elleriniz var olsun...
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768