اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Cümə namazı xütbəsindən reportaj

Yayım Tarixi: 30.07.2011 10:08
Reportaj
Yazı ölçüsü: büyüt küçült         

haber
Cümə günü Bakının “Məşhədi Dadaş” məscidinin İmam Cüməsi Hacı Şahin Həsənli olub.

Bu haqda İslamazeri.az internet qəzetinin xüsusi müxbiri məlumat verir.

Məlumatda bildirilir ki, o birinci xütbəsində ilk öncə özünü və namaz iştirakçılarını təqvaya dəvət edib.Daha sonra isə o Mübarək Ramazan ayının xüsusiyyətlərinə toxunub.

İmam Cümə deyib: “Peyğəmbər (s) buyurur hər bir şeyin qapısı var. İbadətin qapısı da Ramazan ayıdır”. Ramazan ayı oruc tutulduğu üçün fəzilət tapmayıb. Bu ayda Quran nazil olub. Quran buyurur ki, bu elə bir aydır Allah öz kitabını bu ayda nazil edib. Bu ay çox mühüm aydır ki, insan bunu düzgün keçirə bilsin. İnsanın taleyi və müqəddaratı Ramazan ayını keçirməsindən asılıdır. Keçmişdəki xətaların bağışlanması və gələcəyin islah olması üçün bu ay fürsətdir. Keçmiş xətaların üstündən xətt çəkmək üçün ən gözəl fürsət ay bu aydadır. Allah dostları bu ayda sevinirlər. Yaxşı olar ki, bu ayı şadlıqlıqla qarşılansın. Bəzi ölkələrdə bu ayı sevinclə qarşılayırlar. Gözəl ənənədir. Əziz bir qonaq kimi qarşılanmalıdır. Biz nəyisə necə qarşlayırıqsa çox mühümdür. Kim bu ayda bir ayə oxusa bir Quranın tilavətinin savabı verilər. Quran oxuya bilən oxusun, oxuya bilməyən isə öyrənsin. Heç bilməyən isə, əzbər bildikləri ayələri, surələri oxusun. Bu ayda hər şeyin dəyəri artır. Bir şey ki, başqalarına xeyir verir, bərəkətlidir. Bu ay insanlara rəhmət gətirir. Bu ayda Qədr gecəsi var. Quranda deyilir ki, bu gecə 1000 aydan xeyirlidir. Bu gecənin savabı 1000 aya bərabərdir. Bu ayda Allah əzabdan danışmır. Çox çətindir insanın əməli qəbul olsun. Mən bilmirəm kimin əməli qəbul olur. Buyurulur ki, iki rəkət namaz qəbul olsa, o şəxs Cəhənnəmdən amanda qalar. Ancaq hədislərdə var bu ayda əməllər qəbul olur. Ancaq hədislərdə var ki, bu ayın ən üstün əməli haramlardan çəkinməkdir”.

İkinci xütbəsində isə İmam Cümə orucluq haqqında bir hədisi önə çəkib: “ Bu ayda kim bağışlanmayacaq onu diqqətinizə çatdırmaq istəyirəm. Peyğəmbər buyurdu: “Allah müsəlmanları bu ayda bağəşlayacaq”. Bu hədisi deyən İslam Peyğəmbəri minbərə çıxarkən üç dəfə “amin” dedi. Moziəyə qulaq asanlar bu məsələni soruşduqda, İslam Peyğəmbəri Allah mələyinin gəldiyini və 3 dəstə insanın bağışlanmayacağını sayarkən, özünün də “amin” dediyini bildirib. Bunlardan birincisi budur ki, “İslam Peyğəmbərinin adını eşidərkən salavat deməyən şəxslər”. Salavat ona görə fəzilətlidir ki, mən özüm üçün deyil sevdiyim şəxslər üçün, yəni Əhli-beyt üçün istəyirəm. Salavat ən üstün zikrlərdən, dualardan biridir. Ramazan ayında gözəldir ki, yol ilə gedərkən, oturarkən 100, 1000 dəfə salavat desin. İkinci bağışlanmayan dəstə onlardır ki, Allahdan bağışlanmaq istəməyənlərdir. İnsanlar əllərini qaldırsın göyə, dua eləsin ki, Allah onu bağışlasın. Üçüncü dəstə isə, haqqı valideynlərdir. Ata və ana ilə pis rəftar edənlər bağışlanmayanlardır. Ata-ana sağdırsa çox gözəl, onların razılığını qazansınlar. Yox, dünyalarını dəyişiblərsə, ata-ananın qəbiri üstə gedərək, onlara savab bağışlasınlar. Qəbiristanlığa gedə bilməsələr də, evdən savab bağışlasın. İnsan savab bağışlayanda, ona da savab qayıdır. Möminlər diqqətli olmalıdırlar. Al lah bizi bu ayda bağışlananlardan qərar versin”.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Ruslan
04.09.2011 13:34
Salam
salam aleykum sizden bir xahisim var mumkunse haci Sahinin xutbelerin video veya audio formata teqdim edin eger mumkunse bu cox ela olar tesekkurler

Cavab:


Aleykum salam. Təəssüfki buna halhazırda şərait yoxdur. Hacı Şahinin moizələrini yayımlayan digər saytlar var.
Nurlan
05.08.2011 20:12
Cemiyeti İslah Eden İnsanlar
allah gomeyi olsun o insanlari ki cemiyede azmislari allahin yoluna getirir
Vetendash
05.08.2011 19:02
Telesik Qezavet
Dogrudan teeccub edirem.Bir deqiqeye primitiv delillerle insanin edaletini sual altina alirsiz.Vaxti catib ki,nehayet bir az agilli yanashasiz meselelere.Her tereflli tehlil edib munasibet bildirmek lazimdir.Yoxsa imam bele deyib bu elemir demeli adil deyil.Kishi, ne haqqin var bele ittiham etmeye?Incimeyin xevaric qoxusu gelir sherhlerinizden.
Eli Esger
05.08.2011 17:32
Duze Duz
SAMİR QARDASH ALLAH RAZİ OLSUN CHOX GOZEL BUYURDUN.MENCEDE GUNUMUZUN EN ESAS PROBLEMLERINDEN DANISHMAQ UCHUN EN GOZEL FURSETDRIKI INSANLARIMIZ SIYASI MESELELERDEN AGAH OLSUNLAR AMMA NE YAZIQKI BUNU ETMIRLER, EDENLER ISE HEBSDEDIRLER
Samir
01.08.2011 01:47
İmamlığın Meyarı Ədalətdir
BİSMİHİTƏLA.İMAM XOMEYNİ(r.ə) TÜRKİYƏDƏ SÜRGÜNDƏ OLANDA BUYURUB:"CÜMƏ MÜSƏLMANLARIN SİYASİ TOPLANMA,BİRLİK GÜNÜDÜR.ONAGÖRƏDƏ CÜMƏ XƏTİBLƏRİ CÜMƏ XÜTBƏSİNDƏ SİYASİ MƏSƏLƏLƏRDƏN DANIŞMALI,İNSANLARI SİYASİ CƏHƏTDƏN OYATMALIDIR.NƏ YAZIQKİ COX YERDƏ BUNU GÖRMÜREM"-BUDA YOXDUSA DEMƏLİ ƏDALƏT YOXDU.VƏSSALAM.
Rufet
31.07.2011 20:56
Salam
Imam Cumelik necede yarashir - Allah hifz elesin
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768