Hər il olduğu kimi bayram tədbirləri rayonun Cümə, Şəhidlər, Sahibəzzaman(ə.f.), İmam Hüseyn(ə) məscidlərində təntənəli şəkildə baş tutb
Cəlilabad dindarlarının İslamazeri.az İnternet Qəzetinə verdikləri məlumata əsasən, böyük peyğəmbərimiz həzrəti Muhəmmədin(s) mövlud bayramı Cəlilabad rayonunda böyük şövqlə keçirilib.
Cəlilabadlı möminlər bildiriblər ki,
"Peyğəmbərlərin sonuncusu və rəhbəri, kainatın əşrəfi və xəlq olunma səbəbinin təvəllüdü münasibətilə Cəlilabadda bayram tədbirləri keçirilir. Hər il olduğu kimi bayram tədbirləri rayonun Cümə, Şəhidlər, Sahibəzzaman(ə.f.), İmam Hüseyn(ə) məscidlərində təntənəli şəkildə baş tutb. Cəlilabad rayonunun inanclıları bu əzəmətli mövlud bayramı münasibətilə əziz və Əhli Beytsevər müsəlman Azərbaycan xalqını və İslam ümmətini təbrik edir, İslam mədəniyyətinin, adət-ənənələrinin daha da geniş yayılmasını arzu edirlər. Mövlud bayramınız mübrək olsun."
islamazeri.az