اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Canon-un prezidenti istefaya gedir

Yayım Tarixi: 30.01.2012 17:25
Texnologiya
Yazı ölçüsü: büyüt küçült         

haber
Yaponiyanın aparıcı şirkətlərindən olan Canon-un prezidenti Tsunedzi Utida istefaya getməyə hazırlaşır

İslamazeri.az-ın MİNCom-a istinadən verdiyi xəbərə görə, istefa barəsində fotoaparatların və elektronika mallarının istehsalı sahəsində aparıcı Canon şirkətinin qənaətbəxş olmayan maliyyə göstəriciləri açıqlandıqdan dərhal sonra elan edilib.

Ötən ildə Canon-un xalis mənfəəti praktiki olaraq dəyişməz qalaraq 3,23 milyard dollar, habelə mədaxil 4 faiz azalaraq 46,34 milyard dollar təşkil edib.

Satış və istehsalla bağlı vəziyyət ötən ilin martında Yaponiyada baş verən dağıdıcı zəlzələ və sunamidən, eləcə də Tailanddakı daşqınlardan sonra daha da pisləşib.

T.Utida martın 29-da istefaya gedəcək. Onu bu vəzifədə Direktorlar Şurasının sədri Fucio Mitarai əvəz edəcək.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768