Cəmiyyətdə baş verən ictimai və fərdi cinayətlər obyektiv və subyektiv səbəblərdən yaransa də acı nəticələrini ictimaiyyət yaşayır.
Törədilən cinayətə görə layiqli cəzanın olmaması bu cür halların genişlənməsinə, daha da artmasına səbəb olur. Çünki cinayətkar törətdiyi işdən ötrü müəyyən müddətdən sonra azadlığa çıxacağını və ya nəticədə həbsxanada olsa da həyatda qalacağını anlayanda gördüyü işdən ötrü hansısa qorxu keçirmir. Statistikaya görə əksən cinayət işlərini görənlər bir neçə dəfə həbsdə olmuş insanlar olur. İçəridə islah olmaqdan çox yazılmamış qanunlarla daha da sərtləşən insan azadlığa çıxdıqdan sonra yenidən cinayət edir. Əlbəttə bu bütün hadisələrə aid deyil. Burada xüsusilə ağır məsələlərdən söhbət gedir. Cəmiyyətdən uzun müddət təcrid olunmuş bir şəxs yenidən bura qayıdanda onun üçün münbit şərait yaradılmalıdır. Əgər bu mümkün olmadıqda «həbsxana burdan daha yaxşıdır» fikri önə keçir və şəxs yenidən cinayətə əl atır. Bu hadisələrə bir neçə aspektdən yanaşmaq olar. 1. Adət edilən iş prizmasından baxdıqda azadlıq və həbs həyatının fərqinə varmayan bu yolu keçirlər. Xırda cinayətlər etməklə həbsxananı özünə ev qərar verənlər bu qəbildəndir. Cəmiyyətdə hər hansı fəaliyyət göstərə bilməyəcəyini özünə təlqin edən insan «onsuz da azadlıqda heç nə edə bilmirəm heç olmasa həbsxanada hökumət çörəyimi verir» deyərək yenidən hadisə törədir. Bu isə öz növbəsində şəxsin özü ilə yanaşı ictimaiyyətə də ziyan vurur. 2. Təsadüfən cinayət edən insanlar prizmasından baxdıqda isə məsələ bir qədər fərqlənir. Belə ki, heç zaman cinayət fikrində belə olmayan, işi, ailəsi, hər bir şəraiti olan şəxslər də birdən-birə hadisə törədir. Bəzən bu yüngül cinayət halı bir çox hallarda xüsusilə ağır cinayət olur. Bu cür insanlar həbsə düşdükdə oradan nə zaman çıxacağını, yenidən həyata qayıdacağını gözləyir. 3. Lakin cəmiyyətdə cinayət törətməyə, xüsusən də ağır hadisələr etməyə meylli insanlar da az deyil. Bu tip şəxslərin həyat tərzindən, yaşadığı hadisələrdən asılı olaraq beynində buraxılan iz onu qəddar olmağa səsləyir. Digər tərəfdən də insanlara qarşı nifrət, təcrid olunma halları da bu sıradadır. Həmin insanlar özləri də bilmədən cinayət etməkdən həzz alırlar. Hətta dəfələrlə həbsxanaya düşsələr belə bu hərəkəti tərgitə bilmirlər. Sanki həyat tərzinə çevrilmiş bu iş narkotik kimi onu özünə səsləyir. Artıq insanlıqdan çıxır. Manyaklar, mazaxistlər və bu kimi müxtəlif növ insanlar yetişir. Bu kateqoriyaları genişləndirmək olar. Çünki hər bir cinayətin səbəbindən asılı olaraq onun yaratdığı fəsadlar yeni bir kateqoriya yaradır. Burada fikrimizi başqa bir istiqamətə yönəltmək istərdik. Bəs görəsən cəmiyyətdə cinayət hallarının artmasının səbəbləri nədir? İnsanları cinayətə nə sövq edir? Burada cəmiyyət yoxsa qanunlar günahlardır? Bu kimi suallara aşağıda aydınlıq gətirməyə çalışacağıq. Hər bir cəmiyyətdə baş verən hadisələr, həmin hadisələrə münasibətlər insanların təfəkkür tərzindən birbaşa asılıdır. Məsələn, əgər Hollandiyada iki eyni cinsdən olan adamın evlənməsinə rəsmi şəkildə icazə verilirsə və cəmiyyət də bunu qəbul edirsə bu onların təfəkküründən irəli gəlir. Lakin müsəlman ölkələrində yaxud ümumən şərqdə bunu cəmiyyət qəbul etmir. Əlbəttə, az da həmin ölkələrdə də adıçəkilən hallar var lakin ümumən bunun ictimaiyyət tərəfindən qəbul olunması yoxdur. Bunun özü-özlüyündə anormal bir haldır və əksər islam ölkələrində cəzası ölümdür. Odur ki, islam dünyasında bu yolun yolçuları azlıq təşkil edir. Burada təfəkkür tərzi ilə yanaşı sərt cəza da mühüm rol oynayır. Deməli əksər cinayətlərin qarşısının alınmasında sərt cəzanın mühüm əhəmiyyəti var. Ancaq dünya praktikasında «insan haqları», «demokratiya» və bu kimi bəhanələr gətirilərək sərt cəzaların tətbiq edilməsinin qarşısını almağa çalışırlar. Burada konkret olaraq söhbət ölüm hökmündən gedir. Ölüm hökmünün ömürlük azadlıqdan məhrum etmə ilə əvəzlənməsi bir çox ölkələrdə mövcuddur. Lakin «demokratiya», «insan haqlarından» dəm vuran ölkələrin hamısında bu hökm saxlanılıb. Buradan alınan nəticə isə daha qorxuncdur. Bir qrup böyük dövlətlər digərlərini əsarətdə saxlamaq üçün bunu planlı şəkildə həyata keçirirlər. Çünki ölüm xofu olmayanda cəmiyyətdə cinayət törədənlərin də sayı artır. «Onsuz da axırı türmədir bəlkə elə əfv olundum» deyə düşünənlər sərbəst şəkildə kminsə həyatına qəsd edə bilir. Bəzən isə «srokdur da yatıb çıxacam» fikri insanlar arasında olan xırda münaqişələrin öldürülmə ilə nəticələnməsinə səbəb olur. Amma ölüm hökmünün olduğu cəmiyyətlərdə bu bir qədər fərqlidir. Kiminsə həyatına qəsd edəndə özünün də eyni halı yaşayacağını düşünəndə insan cinayətdən əl çəkə bilər. İstisna hallarda bunun da fərqinə varmayanlar ola bilər ki, bu da xəstə təfəkkürlü şəxslərdir. Deməli qanunların sərt olması, cəzanın yüksək tətbiq edilməsi cəmiyyəti islah edə bilər. Qərb ölkələrində məsələn, ABŞ-da ölüm hökmü qüvvədədir və hər il yüzlərlə adam elektrik stulunda həyatı ilə vidalaşır. Lakin İranda və yaxud digər islam ölkələrində adamların asılmasına «demokratlar» sərt reaksiya verir. Guya bu «insan haqlarının» pozulmasıdır. Sual olunur əgər bu belədirsə o zaman niyə özün bunu tətbiq edirsən? Yaxud ölüm hökmünü götürməklə öldürülən insanların hüquqları tapdalanmırmı? Cəmiyyətdə cinayət və cəzalar baxımından ən idealı və düzgünü Quran qanunlarıdır. Öldürülən şəxsin əvəzinə öldürülmə və ya həmin adamı bağışlama, zina, narkotika aludəçiliyi kimi hallarda edam düzgün taktikadır. Məsələn, əgər bir adam digərini qəsdən öldürübsə o zaman qarşı tərəfin də həmin şəxsin ölümünü tələb etməyə hüququ var. Amma deyək ki, bu təsadüfən baş verib heç öldürmək niyyətində olmasa da qəzadan bu iş törənib. Digər dövlətlərdə bu nəzərə alınmır və həmin şəxsə həbs cəzası verilir. Yaxud öldürülməyə layiq olan biri hansısa şəxs tərəfindən qətlə yetirilib. Ata öz qızına təcavüz etmiş şəxsi öldürüb. Dünyəvi qanunlarla ataya ən azı hörmət edib 10 il həbs verəcəklər. Amma islam qanunlarına görə atanın haqqı var. Həmçinin təsadüfü öldürülən şəxsin qohumları cinayəti törədəni bağışlaya bilər. Zinaya görə cəzalar da Quranda göstərilmişdir. Burada da ədalət prinsipləri qorunur. Belə ki, subay adamlar bu işi gördükdə cəzası döyülməkdir. Əlbəttə, hər kəs səhv edə bilər prinsipinə uyğun olaraq həmin şəxslər edam olunmur. Bəlkə səhvini anlayar, ikinci dəfə bu işi etmək istəyəndə yenə də döyüləcəyini göz önünə gətirər. Amma ailəli şəxslərin zina etməsinin cəzası ölümdür. Özü də bu hökm ictimaiyyətin qarşısında icra olunur. Birincisi bir dəfə başqasının namusuna toxunan şəxs və ya həyat yoldaşına xəyanət edən qadın bunu bir daha edəcək və cəmiyyətdə əxlaqsızlıq baş qaldıracaq. Odur ki, bu cür insanlar cəmiyyətdən tamamilə təcrid olunmalıdır. Digərlərinin gözü qarşısında hökmün icra olunmasına gəlincə isə bu bir ibrətdir. Əlbəttə, zina edənin aqibətini rüsvayçılıqla daş-qalaq edilərək öldürülməsinin şahidi olan kimsə yenidən bu cinayəti edərmi? Əlbəttə ki, yox. Bu yaxınlarda elə İranın özündə bir qadın ərinə xəyanət etdikdən sonra məşuqu ilə birlikdə onu öldürüb. İslam qanunlarına görə onun cəzası ölümdür. Lakin «demokratlar» Fransa harda ki, qadının bir neçə əri ola bilər, yaxud Vatikan, Fransa prezidentinin model olan xanımı buna etiraz edir. Bu hardasa başa düşüləndir. Yəqin ki, top-model olan, ərinə açıq aşkar xəyanət edən Fransanın birinci xanımı onunla eyni yolun yolçusu olanı müdafiə edəcək. Çünki hər kəs öz babın tapar deyiblər. İndi də yaşadığımız cəmiyyət yəni Azərbaycan haqqında bir neçə mətləbə aydınlıq gətirək. Tarixən Azərbaycanda qeyrət, namus hər zaman öndə olub. Cəmiyyətdə kiminsə namusuna sataşmağın cəzasının ölüm olduğunu hər kəs bilib. Yaxud da qadınlarda ismət, kişilərdə qeyrət bu xalqın simvoluna çevrilib. Qısa şəkildə desək cəmiyyət özü-özünü tənzimləyə bilib. O vaxta qədər ki, yad ideologiyalar bu xalqa sırındı. 70 il ərzində SSRİ tərəfindən Azərbaycana vurulan zərbənin 100 bəlkə də ondan daha çox misli son illərdə baş verib. Sovet dövründə insanları dinsizləşdirmə, milli mənəvi dəyərlərdən çıxararaq hələ də heç kəsin mənasının çözə bilmədiyi «sovet insanı» yaratma ideologiyası olsa da cəmiyyətdə açıq şəkildə əxlaqsızlıq yox idi. Düzdür elə Azərbaycanın özünə də Annalar, Tanyalar, Anastasiyalar gəlməklə qadınlarımızın isməti olan çadranın atılaraq mini yubkalarla əvəzlənməsi prosesinə həmin vaxtdan start verilib. Amma bu yalnız rus mədəniyyəti idi. Müstəqillik əldə etdikdən sonra dünyaya qapılarını açan Azərbaycan gəlməyən ideologiya qalmadı. Qərb «mədəniyyətinin» gəlişi ilə artıq milli-mənəvi dəyərlər kölgədə qaldı. Artıq insanların bütün zövqləri dəyişdi. Əlbəttə, hər gələn ideologiya da özü ilə yeni bir cinayətin yaranmasını gətirdi. Burada günah dövlətlə yanaşı cəmiyyətin də üzərinə düşür. Çünki yaxşını deyil pisi daha tez mənimsəyən cəmiyyətin özüdür. Bu vaxta qədər Azərbaycanda uşaq zorlanması ilə həbs olunan var idimi? Yaxud narkomaniyanın bu qədər geniş vüsət alması? Bəlkə arvadını Braziliya seriyalının qabağından yığa bilməyən kişinin sonucda onu öldürməsi var idi? Yoxsa gənc qızların zorlanması, öldürülməsi oğurlanması var idi? Bu kimi minlərlə hal sadalamaq olar. 1998-ci ildən ölkəmizdə ölüm hökmü də ləğv edilib. İndi kimisə öldürməyin cəzası 15 il həbsdir. Əgər iki və daha artıq şəxsi öldürmüşsənsə o zaman ömürlük həbs olunursan. Bu hüquqi tərəf. Başqa tərəfdən bu gün elə qəribə cinayətlər eşidirsən ki, bunların yaranma səbəbi də bəzən müəmmalı qalır. Ata öz oğlunu, oğul öz atasını, nəvə nənəsini, qız anasını öldürür. Ata öz doğma qızını zorlayır. Əlbəttə, cəmiyyətdə pozulmuş oğul sərxoş halda atasını döyürsə köhnə Azərbaycan kişisi bunu həzm edə bilmir və övladı da olsa onu öldürür. Yaxud narkotik almağa pulu olmayan nəvə nənəsinin təqaüdünü istəyir, nənə verməyəndə onu öldürür. Müxtəlif əxlaqsız kinolar, internetdə yayılmış video çarxlara baxan ata öz qızını zorlayır. Bu cür dəhşətlər çoxdur. Bütün bunları ümumiləşdirərək sonra bir nəticəyə gəlmək olar ki, cəmiyyətdə cinayətlərin çoxalmasının səbəbləri cəmiyyətin təfəkkür tərzindən, cəzaların sərt olmamasından, yad mədəniyyətlərin, əxlaqsızlıqların, cəmiyyətdə geniş yayılmasıdır. Bütün bunların aradan qaldırılması üçün aşağıdakılar təklif oluna bilər: 1. Milli-mənəvi dəyərlərin bərpa edilməsi istiqamətində əməli tədbirlərin genişləndirilməsi; 2. Cəmiyyətə zərərli olan işlərin qarşısının alınması üçün sərt qanunların, qadağaların tətbiq edilməsi; 3. Cinayətə görə cəzaların ağırlaşdırılması; 4. Həbsdən çıxan insanlara cəmiyyətdə özünü tapması üçün şəraitin yaradılması; 5. İslam əxlaqının, islam dəyərlərinin cəmiyyətdə daha geniş yayılmasına geniş imkanların açılması; P.S. Bu dünyada edilən cinayətlərə verilən cəzalar nisbidir. Əsl cəza axirətdədir. Odur ki, özünüzü axirət cəzasından qoruyun.
islamazeri.az