اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Dövlət büdcəsindən kino sahəsinə 7 milyon manat ayrılıb

Yayım Tarixi: 21.02.2012 21:10
Mədəniyyət
Yazı ölçüsü: büyüt küçült         

haber
Kino sahəsinə ayrılan builki büdcə ötənilki ilə eynidir

Azərbaycanda 2012-ci il üçün dövlət büdcəsindən kino sahəsinə 7 milyon manat vəsait ayrılıb.
Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinin müdiri Cahangir Məmmədov açıqlamasında bildirib ki, kino sahəsinə ayrılan builki büdcə ötənilki ilə eynidir.

Şöbə müdirinin sözlərinə görə, 2012-ci ildə bir neçə bədii və sənədli filmlərin istehsalı nəzərdə tutulur.
Bədii filmlər arasında “Qorxma mən səninləyəm-2”, “Ən adi soyad”, “Dolu”, “Sübhün səfiri”, “Dərvişin ölümü”, “Çölçü”, “Ehram TV”, “Mən evimə qayıdıram”, “Qisas almadan ölmə” və digər ekran işləri var.

C. Məmmədov bildirib ki, “Mahmud və Məryəm” filminin çəkilişlərinin nə vaxt başlayacağı hələ məlum deyil.
Bu film Azərbaycan və Türkiyənin birgə istehsalı olacaq.

Bu il ərzində fransızlarla birlikdə “Aleksandr Düma”, almanlarla bərabər “Caz və muğam” sənədli filmlərinin çəkilişi planlaşdırılır.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768