اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Döyüşdən sonra döyüş (Video)

Yayım Tarixi: 20.02.2012 11:31
İdman
Yazı ölçüsü: büyüt küçült         

haber
Kliçko-Çisora döyüşündən sonra keçirilən mətbuat konfransı dava ilə başa çatıb

Britaniyalı ağır-çəkili boksçu Derek Çisora və keçmiş WBA çempionu Devid Hey arasında mətbuat konfransında baş verən əlbəyaxa toqquşmanı əks etdirən yeni görüntülər yayımlanıb. Heye və onun yerlisi Çisora arasındakı qarşıdurma, ikincinin WBA titulu uğrunda döyüşdə Vitali Kliçkoya məğlubiyyətindən sonra baş verib. Belə ki, Çisora Heyi ötən ilin iyul ayında Kliçkonun kiçik qardaşı Vladimirə məğlub olaraq titulu əldən verməsinə görə tənbeh edib. İttihamlara dözməyən Heye Çisoranı yumruqlayıb. Çisora isə kameranın ştativi ilə zərbəyə cavab verib. Toqquşmadan zərərçəkən isə Heyenin meneceri Adam Buz olub. Boksçuları ayırarkən menecer alnından yaralanıb. 

Videogörüntüdə eyni zamanda Çisoranın əlinə şüşə butulka aldığı, təhlükəsizlik əməkdaşlarının müdaxiləsindən sonra boksçunun şüşə qabı atdığı görünür. "Associated Press"in yaydığı məlumata görə, Çisora və onun məşqçisi Don Çarlz ötən gün dindirilmək üçün polis tərəfindən saxlanılıb. 

Qalmaqallı mətbuat konfransına münasibət bildirən Vladimir Kliçko boksçuların qeyri-peşəkar davranışlarından məyus olduğunu bildirib. “Mən tamamilə məyus oldum. Buna ehtiyac yox idi. Mətbuat konfransında qanlı sir-sifət, axı bu kimə lazımdır?. Döyüş yalnız rinqdə olmalıdır. Rinqdən kənarda yox”. 


islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768