اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Düşmənin həmləsi dəf edilib, işğalçı geri çəkilir, qələbə yaxındır

Yayım Tarixi: 18.01.2012 18:35
Təhlil
Yazı ölçüsü: büyüt küçült         

haber
Düşmən hakerləri Azərbaycanın saytlarını dağıdır

Azərbaycan hakerləri yubanmadan əks-hücuma keçib məharətli taktika və strategiya tətbiq edərək düşmən saytlarını sıradan çıxardırlar. Belə getsə işğalçılar geri oturdulacaq, qəsb edilmiş torpaqlar azad ediləcək. Ediləcək, amma əvvəlcə həmlənin istiqamətini cənuba yox, qərbə yönəltdilsin. Çünki Ermənistan cənubda yox, qərbdə yerləşir. İşğal edilmiş Qarabağ da Azərbaycanın qərbindədir.

Bəs cənubda kim var? Cənubda İran dövləti var. Azərbaycan saytlarının “naməlum” hakerlər tərəfindən dağıdılmasından sonra Azərbaycan dilini bilməyən qisasçı “Pirates Crew“ İrana zərbə endirib. Çox əyləncəli həmlədir. Ağıllı hakerlərimiz yazırlar ki, “Bizim fəth eləmədiyimiz bir Antarktida qaldı, siz nə atılıb düşürsuz ki?” Gülüncdür? Yox, düz deyirlər. Heç kim atılıb düşməsin! Ancaq bir qeydimiz var.

Bu haker oyununu icad edənlər unudurlar ki, İran Amerika kimi nəhəngə meydan oxuyan bir dövlətdir və Azərbaycanın onsuz da oxunmayan saytlarını dağıtmaq kimi uşaq oyununa əl atmaz. Belə görünür ki, haker oyunu Azərbaycan cəmiyyətinin diqqətini müzmin problemlərdən yayındırmaq üçün icad edilən yeni qeyri-ciddi taktiki uşaq oyunudur.

Mirzə Xəzər
17.01.2012
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Taryel
18.01.2012 19:52
Az Qalib
das tayfozun basina ki gorun neye ve kime qarsisiz.
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768