İslamazeri.az dünyanın ən kiçik ölkələri haqqında məlumatı təqdim edir:
Vatikan: Dünyanın əhali və sahəsinə görə ən kiçik ölkəsi. Əhalisi 930 nəfərdir. Amma turistlərlə birlikdə bu rəqəm 1500-ə çatır. İtalyanın Roma şəhərində yerləşir. Buna görə dövlət içində dövlət olaraq tanınır. Xristianlığın Katolik məzhəbinin rəhbərlik mərkəzidir. Ətrafı yüksək hasarlarla qapalıdır və kameralar quraşdırırlıb.
Monako: Vatikandan sonra dünyadakı ikinci kiçik müstəqil dövlət olan Monako, əhali sıxlığına görə birinci yerdədir. Quru sərhədləri Fransa ilə həmsərhəd olan ölkə, qədim Monako şəhəri və sonradan tikilən ərazilərdən ibarətdir. 32 min əhalisi var.
Nauru: Sakit okeanın cənubunda olan bir Mikronezya ada ölkəsi. 9322 əhalisi ilə Vatikandan sonra ən az əhaliyə sahib olan ölkədir.
Tuvalu: Böyük Okeanda, doqquz mərcan adasından ibarət olan Polineziya ölkəsi. 26 kvadrat kilometr ərazisi var. BMT-yə üzv olan ən az əhalili ölkə. Qlobal istiləşmə səbəbiylə dəniz səviyyəsinin yüksəlməsi, paytaxtı dəniz səviyyəsindən yalnız 5 metr yüksəkdə olan Tuvalunun 12.373 nəfər əhalisi var.
San Marino: Cənub Avropada İtaliya yarımadası içərisində Appenin dağlarının kiçik bir təpəsində olan ölkə. Heç bir dəniz sahili olmayan ölkə, Avropanın beş mikro dövlətindən biri. 31.918 nəfər əhalisi var.
Lixtenşteyn: Mərkəzi Avropada yerləşən, knyaz tərəfindən idarə edilən konstitusiyalı monarxiya dövlətidir. Lixtenşteyn Reyn çayının sağ sahilində yerləşir. Avstrya və İsveçrə ilə həmsərhəddir. Dövlət dili alman dilidir. Danışıq dili isə alman dilinin dialektlərindən biri olan aleman ləhcəsidir. Lixtenşteynlilərin əcdadları qədim retlər və german tayfaları olan alemanlar olublar. Son illər isə əhali əsasən mühacirlər – avstriyalılar və alman əsilli isveçrəlilərin hesabına formalaşır.
Lixtenşteyn dövləti 23 yanvar 1719-cu ildə meydana gəlmişdir. 1918-ci ilə qədər Avstrya-Macarıstanla sıx əlaqədə olmuş və onun Forarlberq əyaləti ilə ümumi gömrük dairəsi təşkil etmişdir. 1921-ci ildə müstəqil dövlət elan olunaraq, İsveçrənin siyasi protektoratı altına keçmişdir.
Marşal adaları: ABŞ ilə assosiasiya edilmiş dövlətçiliyə malikdir. 1990-cı ildə BMT-yə üzv olub.
Sen-Kits və Nevis Federasiyası: Karib dənizinin şərq hissəsində yerləşən dövlət, Sent-Kids və Nevis adalarından ibarətdir. Dövlət başçısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası II Yelizaveta, onu təmsil edən general-qubernator Katbert Sebastyan, Baş Naziri Denzil Duqlas Ölkənin ərazisi — 261 км². Əhalisi — 50 min nəfər (2010). Paytaxtı Baster, Sent-Kits adasında yerləşir.
Sen-Kits və Nevis həm ərazisinə, həm əhalisinin sayına görə Karib dənizinin ən kiçik dövlətidir.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçasının rəhbərlik etdiyi Millətlər Birliyinin üzvüdür.
Sahil xəttinin uzunluğu — 135 km. Adaların yerli əhalisi hindular olublar. Onlar 1493-cü ildə Avropa üçün Xristofor Kolumb tərəfindən kəşf ediliblər.
1623-ci ildə ASent-Kitsdə ingilislərin, 1624-ci ildə fransızların yaşayış məskəni salınır.
1623-ci ildə fransız-ingilis hərbi dəstələri şay sahilində 4000 qədər yerli əhalini süngüdən keçirirlər. Sonradan o çay qanlı çay adlandırılır.
XVII əsrdə Böyük Britaniya və Fransa arasında adalar üstündə mübarizə gedir. 1783-cü ildə Versal müqaviləsinə görə adalar Britaniyaya verilir.
19 sentyabr 1983-cü ildən Sen-Kits və Nevis Federasiyası adı ilə müstəqil dövlətdir.
Seyşel adaları (Seyşel adaları Respublikası): Hind okeanının qərb hissəsində dövlət. Seyşel, Amirant, Kosmoledo və s. adaları əhatə edir. 92 adadan ibarətdir. Sah. 405 km2. Paytaxtı Viktoriya şəhəridir.
Malta - Avropada ada-dövlət. Aralıq dənizində yerləşir. 3 adadan ibarətdir Malta, Qozo, Komino. 2004-cü ildən Avropa Birliyinin üzvüdür. Maltanın əhalisi 400.000 nəfərdir. Əhalinin 95.7 faizini adanın yerli əhalisi, yəni maltalılar təşkil edir. Ölkənin 2 rəsmi dili var - Malta dili və ingilis dili. Əhalinin 97 faizi Malta dilində, 76 faizi ingilis dilində sərbəst danışa bilir. Gündəlik ünsiyyət dili Malta dilidir. Əhalinin 86 faizi onu ana dili hesab edir. 12 faizi isə ingilis dilindən istifadə edir. Din baxımından Malta Avropa ölkələri arasında inanclı ölkələrdəndir. Malta əhalisinin 96 faizi Roma Katolik Kilsəsinə bağlıdır. Ölkənin paytaxtı Valetta şəhəridir (əhalisi 8.000 nəfər).

islamazeri.az