Dənizin ortasında yerləşən bu kiçik adanın olduqca maraqlı bir xüsusiyyəti var.
İslandiya ilə Farer adalarının ortasında yerləşən bu kiçik ada, üzərində olan buludla məhşurdur.
Litla Dimun adasının üzərində yaz, qış hər mövsümdə mütləq bir bulud görə bilərsiniz.Buludlar tərəfindən əhatə olunan bu ada bəzən gözə görünməzkən, bəzən də üzərindəki ağ bulud bir papaq kimi görünür. Bu buludların hava axınıyla gəlib burada qaldığı güman edilir.
Bölgədəki 18 adanın ən kiçiyi olan Litla Dimun Adası, eyni zamanda insan yaşamayan yeganə adadır.
Adanın birbaşqa maraqlı xüsusiyyəti də nəsli kəsilmiş olan çöl qoyunlarının bu adada yaşamış olmasıdır. Qeyd edək ki, o qoyunlar hələ də muzeydə nümayiş etdirilir.