اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Dünyanın ən xırda buqələmunu tapılıb (Video)

Yayım Tarixi: 16.02.2012 09:24
Həyat
Yazı ölçüsü: büyüt küçült         

haber
Alimlər tapılmış kərtənkələ növünün belə kiçik olmasını “ada dvarfizmi” effekti ilə izah edib

Afrikanın ən böyük adası olan Madaqaskarda dünyanın ən kiçik kərtənkələ növlərindən biri tapılıb. Latin dildə “Brukesia mikra” adı verilmiş buqələmun - inanmaq çətin də olsa yarım santım uzunluqdadır. Buqələmun asanlıqla maskalana bilən kərtənkələ növü olduğundan almaniyalı tədqiqatçılar, onu yağıntılı havada, axşam çağı aşkarlaya bilib. Almaniyalı qrupun zooloq alimi Frank Qlou buqələmunların əsasən yerə düşmüş yarpaqlar üzərində gəzişdiyini, gecələr isə istirahət üçün ağaca dırmaşdıqlarını bildirir. Alim tapılmış kərtənkələ növünün belə kiçik olmasını “Ada dvarfizmi” effekti ilə izah edib. Belə ki, “ada dvarfizmi” fərziyyəsinə əsasən, heyvanlar kiçik mühitlərə uyğunlaşmaqla nəsildən-nəsilə kiçilir.  

 
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768