Dünyanın ilk çəhrayı delfini ABŞ-ın Luiziana ştatında görülmüşdü.
Meksika Körfəzinin şimalındakı duzlu su gölü Calcasieuda görülən delfinin fotoşəkilini çəkən gəmi kapitanı Erik Rue, qırmızıya çalan gözləri olan heyvanın yanından ayrılmayan delfinin də ehtimalla anası ola biləcəyini bildirib. Bioloq Regina Asmutis-Silvia, peşə həyatında daha əvvəl bu rəngdə bir delfin görmədiklərini söyləyib.
İngiltərənin Temza çayı Woolwich sahilində bir balıqçı tərəfindən quruda gəzən balıq mütəxəssisləri təəccübləndirib. Nəfəs alaraq suyun xaricində uzun müddət həyatda qala bilən balıq, müəyyən bir vaxtdan sonra su axtarmağa başlayır. Quruda nəfəs ala bilən Clarias Batrachus dövrü balığı Cənub-şərq Asiyada var və İngiltərə sularına necə gəldiyi bilinmir.
Mütəxəssislərə görə normalda yaşadığı sulardan çox uzaqda olan bu balığının ciddi bir ekoloji risk meydana gətirə biləcəyi ifadə edilir.
Qeyd edək ki, bu balıq növü, 1960-cı illərdə Taylanddan ABŞ-ın Florida əyalətinə gətirildiyində vəba epidemiyası yaratmışdı.
islamazeri.az