Amerikada yerləşən “Kaliforniya Milli Elmlər Akademiyasının” alimləri dəridən alınan hüceyrələrlə beyin hüceyrəsi düzəltməyə müvəffəq olub
İslamazeri.az-ın ABŞ mətbuatına istinadən verdiyi xəbərə görə, alimlərin fikrincə bu hüceyrələr, beyinə uyğunlaşaraq sinir hüceyrəsinə çevrilir və həyati siqnalların çatdırılmasını təmin edən zülalları istehsal etməyə başlayır.
Araşdırmanın ən diqqət çəkici yönü isə, yeni beyin hüceyrələrinin kök hüceyrə mərhələsinə gərək qalmadan yaradılmasıdır, çünki embriondan əldə edilən kök hüceyrələr böyük mübahisə yaradarkən, xəstənin immunitet sistemini məhv etməməsi üçün dərman qəbul etməsi lazım idi.
Bu yeni üsul isə fərdin öz dərisindən alıb beyin üçün özəlləşdirildiyi üçün, kök hüceyrənin yaratdığı riskləri daşımır. Yeni hüceyrələr beyinə asanlıqla uyğunlaşmanı təmin edir.
Hələlik yalnız siçanlar üzərində sınaqdan keçirilən araşdırmalar müsbət nəticə verməyə başlasa bu üsul insanların üzərində də sınaqdan keçiriləcək.
Görüşün iflic xəstələrinin və korluğun müalicəsi daxil bir çox sahədə istifadə edilə biləcəyi düşünülür
islamazeri.az