اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Daha bir ölkə Xocalını soyqırımı kimi rəsmən tanıdı

Yayım Tarixi: 01.02.2012 16:23
Siyasət
Yazı ölçüsü: büyüt küçült         

haber
Pakistan Senatı Azərbaycanın Xocalı şəhərində baş vermiş hadisələri soyqırımı kimi tanıyıb

Pakistan Senatının Beynəlxalq münasibətlər komitəsinin iclasında 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələri tərəfindən törədilən faciəli hadisələrin soyqırım kimi tanınması barədə qətnamə yekdilliklə qəbul edilib. Bu barədə Trend-ə qətnamənin təşəbbüskarı senator Hacı Qulam Əli İslamabaddan telefonla bildirib.

Bu komitənin qərarı əsasdır və Senatın özünün qərarı hesab edilir.
Sənəddə göstərilir ki, Senat Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalını və 1992-ci ilin fevralında erməni silahlı birləşmələri tərəfindən törədilən soyqırımı pisləyir. Senat bir daha Azərbaycan ərazilərinin toxunulmazlığını təsdiqləyir və onun beynəlxalq çərçivədə qəbul olunmuş sərhədlərini tanıyır.

Senat habelə beynəlxalq ictimaiyyətdən Ermənistanı BMT TŞ-nin Dağlıq Qarabağ üzrə qəbul etdiyi qətnamələri yerinə yetirməyə çağırmağı xahiş edir, eləcə də Xocalıdakı faciəli hadisələrin günahkarlarının məsuliyətə cəlb edilməsinə çağırmağı tələb edir.
"Pakistan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində həmişə Azərbaycanın yanında olacaq", - senator deyib.

1992-ci il fevralın 26-da Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinin mülki əhalisinə hücum ediblər və onların beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı kimi tanınan əməlləri nəticəsində öz etnik mənsubiyyətinə görə yüzlərlə adam qətlə yetirilib.


islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768