Sabahdan başlayaraq Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə yüksəlməyə başlayacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin məlumatına görə, bu gün axşamdan etibarən Bakı və Abşeron yarımadasında külək tədricən zəifləyəcək, sabahdan isə mülayimləşəcək: “Sabah ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə yüksəlməyə doğru gedəcək, temperatur 3-4 dərəcə artacaq. Yaxın 3 gün ərzində respublika ərazisində mülayim hava şəraiti gözlənilir”.
islamazeri.az