Son illərin iqtisadi böhranının həll edilməsi yolları çərşənbə günü işə başlayan Dünya İqtisadi Forumunda müzakirə edilir
İslamazeri.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə,müzakirə mövzuları içərisində kriziz zamanı məsuliyyətli liderlik, Avropada dini tendensiyaların öhdəsindən gəlmək, su problemləri, çoxmədəniyyətlilikdən sonrakı vəziyyət, kosmik texnologiyalar məsələlərinə xüsusi diqqət veriləcək.
Almaniya kansleri Angela Merkelin açıq elan edəcəyi Davos forumuna 2600 nəfərdən çox qonaq qatılması gözlənilir. Tədbirin rəsmi saytında deyilir ki, forumu izləmək üçün giriş pulsuz olsa da, yerlər məhduddur. Forum yanvarın 29-na kimi davam edəcək.
islamazeri.az