اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Dietoloqlardan pəhrizdə olanlara tövsiyyələr

Yayım Tarixi: 21.01.2012 04:42
Ailə
Yazı ölçüsü: büyüt küçült         

haber
Asan arıqlamaq yolu kimi tanınan beş əsas yalnış üsuldansa, pəhriz saxlamaq, enerjinizi bərpa etməyə kifayət edəcək qədər qida qəbulu lazımdır

İşlədici dərmanlarla arıqlayırsınızsa, bir müddət sonra orqanizm bu cür dərmanlara öyrəşəcək və qəbizlik yaranacaq.
İşlədici dərman orqanizmdən nəinki qidanı, həm də faydalı mikroelementləri, vitaminləri, zülalları çıxararaq,ürəyin, qaraciyərin və böyrəklərin funksiyasını zəiflədir.

Sidikqovucu dərmanlarla çəkini azaltmaq istəyirsinizsə, bu böyrəklərin funksiyasını məhv edir.

İştahöldürücü dərmanlar qəbul edirsinizsə, bu beyinin iştah nöqtələrinə təsir edir. Bir müddət ac qalan mədə öz şirəsinin təsirindən deşilir. Bu dərmanlar insana həm də psixoloji təsir edib, xroniki depressiya və halsızlıq yaradır. Aclıqdan əsəblər sıradan çıxır.
Nahaq əziyyət çəkməyin, onsuzda dərmanları tərgitdikdən sonra yenə də kökələcəksiniz. Əsas düzgün qidalanmaqdır.

“Piy yandıran” preparatlarla arıqlamaq istəyirsinizsə, bilməlisiniz ki A, E və D vitaminləri bilavasitə piylə əlaqəli olduğu üçün bu cür dərmanlar vitaminləri orqanizmdən sovurur. Ona görə də bir müddət sonra dişlər qaralır, çürüyür, saçlar tökülür və dəri qruyub çatlayır.

Sauna və masaj ilə arıqlamağa ümid edirsinizsə, bu proses ilk növbədə ürəyə, sonra isə dəriyə ziyandır.
Sauna dərinin təbii yağını qurudur.
Masaj isə piyləri dəri altında maye halına salır, amma onları orqanizmdən xaric etmək artıq sənin öhdənə düşür.
Demək, pəhriz saxlamaq enerjinizi bərpa etməyə kifayət edəcək qədər qida qəbulu lazımdır. Sauna və masaj sadəcə , dərini toksinlərdən təmizləyib, artıq suları çıxarır.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768