Həmd-səna aləmlərin Rəbbi olan Allaha, bütün varlıqların yaradanına məxsusdur
Salavat və salam olsun Allahın qulu, elçisi, sevimlisi, seçilmişi Məhəmmədə və onun pak Əhli-beytinə.
«Biz səndən öncə (dünyada) heç bir bəşərə əbədiyyət verməmişik. Belə olan halda, əgər sən ölsən, bunlar əbədi qalacaqlar?!»
Söhbətimin mövzusu dini təlimlərin insanlara təsirinin az olmasına səbəb olan və onların ruhlara nüfuzunu zəiflədən amillər barəsindədir. Əlbəttə, bu məsələlərin öyrənilməsi bədənin xəstəliklərinin öyrənilməsi kimi lazım və vacibdir. Nə qədər ki, xəstəlik öyrənilməyib, onu müalicə etmək mümkün deyil. Nə qədər ki, dini təlimlərin ruhlara və canlara təsirinə mane olan amillər öyrənilməyib, dinin bərəkətlərindən istifadə etmək mümkün deyil. Hamımızın bildiyi kimi, dünya tədqiqatçı və tarixçilərinin heyrətinə səbəb olan məsələlərdən biri Ìslamın zühur etdiyi dövrdə bu mübarək dinin təsir sürəti və gücüdür. Ìslam həmin dövrdə insanlara həm sürətlə və az müddət içində nüfuz etdi, həm də təsiri o qədər dərin və güclü oldu ki, sonradan yaranan siyasi və mədəni inqilab və dəyişikliklər onu sarsıda bilmədi. Ìslam Peyğəmbəri (s) insanların könüllü şəkildə dəstə-dəstə Allahın dininə daxil olduqları bir şəraitdə dünyadan köçdü.
«Onlar dəstə-dəstə Allahın dininə daxil olurdular».Lakin tədricən onun güclü təsiri zəiflədi. Biz öz dövrümüzü həzrət Peyğəmbərin (s) dövrü ilə müqayisə edəndə görürük ki, insanların din barəsində təsir altına düşmələri baxımından o vaxtla indiki arasında yerlə göy qədər fərq var. Bunun özü də bir mövzu, mühüm ictimai bir məsələdir. Bu fərqin səbəbi var və həmin fərq nədir? Bəziləri öz-özlüklərində belə güman edir və bu məsələni belə həll edirlər ki, qeyd edilən məsələnin səbəbi din əsrinin tədricən sona çatmasıdır. Dini təlimlərin təsirinin çox olduğu həmin dövr və əsrdə zamanın ruhu həmin qəbildən olan təlimləri tələb edirdi. Amma indiki əsr və zamanın ruhu başqa şeylər tələb edir. Zəmanə və əsr həmin təlimlərin tədricən aradan getməsini və onların yerini başqa şeylərin tutmasını tələb edir. Bu cavab dini günü-gündən daha yaxşısı və daha kamili ilə əvəz edilən məişət avadanlıqlarından biri kimi təsəvvür edən insanlar tərəfindən bəyənilə bilər. Lakin ümumi şəkildə bunu qeyd etmək istərdim ki, din dəyişdirilən, başqası ilə əvəz edilən məişət əşyalarından biri deyil, həyatın mövzusu, həyatın ruhunun əsasıdır. Bu gün insan ruhunun dərinliklərini tədqiq etmiş, insanın ictimai həyatını araşdıraraq təcrübələr aparmış böyük tədqiqatçılar bu qənaətə gəliblər ki, din insan fitrətinin bir hissəsidir və insanın dindən üz döndərməsi müvəqqəti və müstəsna haldır. Mən indi bu barədə geniş söhbət etmək istəmirəm. Həmçinin bilirəm ki, bəzi özlərini etiqadlı və dindar sayan bir dəstə insanın fikrincə, bu əsrdə dinin təsirinin azalmasının səbəbi insanların fitrətən şəhvət və azadlığa meyilli olması, dinin isə insanın təbii meyil və istəyinin tələblərinin əksinə çıxması, insan üçün buxov və məhdudiyyət olmasıdır. Nə qədər ki, şəhvət və əyyaşlıq vasitələri yoxdur, insanlar dinə üz tutur, ürəklərini dini məna və fikirlərlə şad edirlər. Amma elə ki, şərait mövcud oldu, insanlar təbiət, meyil və rəğbətlərinin tələb etdiyi şeyin arxasınca gedirlər. Qədim zamanlarda, məsələn, Həzrət Peyğəmbər (s) zamanında əyyaşlıq və şəhvətpərəstliyə şərait yox idi. Buna görə də təbii ki, insanlar dinə gəlirdilər.
«Onlar dəstə-dəstə Allahın dininə daxil olurdular». Amma indi şərait var və buna görə də ondan üz döndərirlər. («Onlar dəstə-dəstə Allahın dinindən çıxırlar».) Bu cavab da səhvdir və tam deyil. Əlbəttə, şübhəsiz, şəhvətpərəstlik şəraitinin mövcud olması və olmaması insanın Allahı yaddan çıxarmasında, onun Allahın müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsinə laqeydlik göstərməsində təsirsiz deyil. Lakin dinin bütünlüklə meyil və rəğbətə müxalif olmasını demək düz deyil. Sadəcə müəyyən şərt və məhdudiyyət mövcuddur. Əgər din hansısa meyil və rəğbətə müxalifdirsə, başqa bir meyil və rəğbətlə müvafiqdir. Əgər bir tərəfdən məhdudiyyətdirsə, başqa bir tərəfdən azadlıq və sərbəstlikdir. Keçən həftəki çıxışlarımda bu mövzuda danışdım və dedim ki, mənəvi məsələlərə diqqəti əhəmiyyətsiz saymaq və onu maddi məhrumiyyət və uğursuzluqların əks təsiri hesab etmək olmaz. Başqa sözlə desək, «mənəvi məsələlərin istifadə və işlənmə yeri insanın maddi məhrumiyyətlərdən əziyyət çəkdiyi və ondan sakitləşdirici kimi istifadə etdiyi vaxtlardır» demək olmaz. Bunun səbəbi başqa şeydir. Burada icazə versəniz, kiçik bir müqəddiməyə ehtiyac var. Qurani-kərimdə «qəlb və ruhların örtüyə bürünməsi» ifadəsi çox işlədilmişdir.
«Quran oxuduğun zaman səninlə axirətə inanmayanların arasında görünməz bir pərdə çəkərik». «Onların bəzisi sənə qulaq asırlar. Biz başa düşməmələri üçün qəlblərini pərdələrlə örtmüş və qulaqlarında ağırlıq yaratmışıq». «Kim Rəbbinin nişanələri ilə öyüd verildikdən sonra onlardan üz döndərən və özünün əvvəlcə əldə etdiklərini unudan şəxsdən daha zalımdır?! Həqiqətən, Biz, anlamamaları üçün onların qəlbləri üzərinə örtüklər çəkdik və qulaqlarında bir ağırlıq qoyduq».Həqiqətən də, bəzən qəlb haqq qarşısında yumşaqlıq və təslimçilik hissini itirir və insan faciəvi zülmlərə mürtəkib olur və heç bundan təsirlənmir, ona moizə və nəsihət təsir etmir və o, zülm və cinayətin təkrarlanması nəticəsində daşürəkləşir. Yaxud təəssübkeşlik nəticəsində insanın ruhunda haqq sözü qəbul etməmək hissi yaranır. Belə ki, təəssübkeşlik pərdəsi haqqa qəlibə daxil olmaq, onun barəsində düşünüb təsdiqləmək icazəsi vermir. Mənəvi pərdə, örtük və maneə rolunu oynayan hallar çoxdur. Daşürəklilik və təəssübkeşlik divar və pərdə olduğu kimi, xülya və xəyalpərəstlik də digər qalın divar və pərdədir. Bu sonuncu barədə izah verəcək və bir misal çəkəcəyəm. Qüreyşin həzrət Peyğəmbərə (s) tutduğu və o həzrətin (s) dəvətini qəbul etmək yolunda maneə hesab etdiyi iradlardan biri bu idi ki: «Bu necə peyğəmbərdir ki, hamı kimi yemək yeyir, hamı kimi küçədə-bazarda gəzir, hamı kimi bu da insandır?» Bu sözləri danışanlar Ìbrahimin övladları idilər, özlərini Ìbrahim dinində sayırdılar və Ìbrahimi Allahın peyğəmbəri hesab edirdilər. Həmin iradlarının yaranmasının səbəbi onların tədricən Ìbrahim barəsində öz zehn və xəyallarında insana tətbiq edilə bilməyən sima yaratmaları idi. Buna görə də həzrət Peyğəmbərin (s) də onların öz zehnlərində formalaşdırdıqları Ìbrahim kimi olmasını istəyirdilər. Onlar Ìbrahimi öz xəyallarında səmada buludların arxasında yerləşdirmiş, özlüklərində Ìbrahimi ucaltmışdılar. Amma, əslində, onlar Ìbrahimi alçaltmışdılar və onların Ìbrahimin vəziyyət və kamalından zərrəcə xəbərləri yox idi. Buna görə də inana bilmirdilər ki, onların gözlərinin önündə adi bir insan kimi dayanmış həzrət Peyğəmbər (s) Ìbrahimin yol və ayinini dirçəltmək istəyir. Yəni onların öz xəyallarında yaratdıqları o uydurma sima onların həqiqəti dərk etmələri üçün onlarla həqiqət arasında bir sədd və maneə, Quranın dili ilə desək, örtük və pərdə idi. Həqiqətin dərk edilməsindən məhrum olan insan (var olan, baş verən) şeylərlə (yaxud hadisələrlə) həmişə nadanlıq və xəyal qarmağı ilə əlaqə yaratmaq istəyir və buna görə də həqiqətlə fasiləsi daha da artır. Bu da onun əməldən və həqiqətdən yararlanmaqdan məhrum olmasına səbəb olur. Başqa sözlə desək bəzi insanlar hər şeyi yaxından görmək, yaxından müşahidə etmək, bəziləri isə uzaqdan görmək və uzaqdan müşahidə etmək istəyirlər. Bu yaxından görmək və uzaqdan görmək meyilləri, həqiqətən də, insanlarda mövcud olan iki fərqli meyildir. Yaxından görmək meyli insan bir şeyi öz gözü ilə düz görmək və ya nişanələr və dəlillərə əsaslanaraq araşdırmaq və onun barəsində hökm çıxarmaq istəyəndə yaranır. Uzaqdan görmək meyli isə insana xəyal və fantaziyanın hakim olmasıdır və o, gözlərini yummaq və görməmək istəyir. Ìstəyir ki, uzaqda dayansın və naməlum qaraltı görsün və onun barəsində xəyalpərəstlik etsin. Ìnanırsınızmı ki, insanların çoxunun nəzərində məchul, naməlum və qaranlıq şey məlum və aydın şeydən daha çox əzəmət və cah-cəlala malikdir, hətta həmin məlum şey öz zatında daha əzəmətli, daha cah-cəlallı olsa belə? Onlar rəğbətləri olan bir şeyi daha əzəmətli saymaq istəyəndə ondan uzaqda dayanır və onu özlərindən uzaq saxlayırlar ki, görməsinlər, başa düşməsinlər və qaranlıq görsünlər və sonra onun barəsində xəyalpərəstliyə başlasınlar. Bəzilərinin Qurana rəğbət və məhəbbətləri var, amma bu müqəddəs kitabın möcüzəvi əzəmətini yaxından görmək, onun aydın ayələri barəsində dərindən fikirləşmək və düşünmək istəmirlər. Onların nəzərində bu kitabın əzəməti onu göydə buludların arxasında yerləşdirmələri və «o, başa düşülən deyil, heç kəsin onu oxuyub barəsində dərindən düşünmək haqqı yoxdur, yalnız pak Ìmamlar (ə) Qurana yaxınlaşmaq hüququna malikdirlər» deməkdir. Yəni onların nəzərində Quranın əzəməti o vaxt çoxdur ki, məchul və qaranlıq olsun. Bu adətin adını «qaranlıqda hərəkət etmək meyli» və ya «yarasasayağılıq» qoymaq olar.
Qurani-kərim buyurur:
«Məgər ölmüş və sonra Bizim dirildərək vasitəsilə insanlar arasında yol getdiyi bir nur verdiyimiz şəxs, zülmətlərdə olan və ondan çıxmayacaq şəxs kimidir?!» Əlbəttə ki, yox! Gördüyümüz kimi, özləri nadanlıq qarmağı ilə Qurana bağlanmaq istəyirlər. Onlar uzaqdan görmək istəyirlər və yalnız Ìmamların (ə) Qurana yaxınlaşmaq haqqına malik olmalarını bəhanə gətirirlər. Halbuki məsum Ìmamların (ə) özləri həmişə camaatı Quran ayələrində düşünməyə dəvət ediblər. Bundan əlavə, deyirdilər ki, camaatın bizdən nəql etdiklərini Quranla tutuşdurun və Quranı meyar götürün. Əgər onların Quranla düz gəlmədiyini görsəniz, bilin ki, həmin söz bizim sözümüz deyil və yalandan bizə isnad edirlər. Fikir verin! Bu təfəkkür və «heç kəsin Quran ayələrində düşünmək haqqı yoxdur» düşüncəsi Quranla həmin təfəkkür sahibi arasında qalın bir divar və örtükdür və bu müqəddəs kitabın həmin şəxsin qəlbinə nüfuz etməsinə mane olur. Bu, eyni ilə cahiliyyət dövrünün insanları barəsində deyilənlərə bənzəyir:
«Quran oxuduğun zaman səninlə axirətə inanmayanların arasında görünməz bir pərdə çəkərik». Ìslamın ilk dövrlərində camaat, əsla, belə düşünmürdü ki, Quran bizim səma kitabımızdır, amma biz onun barəsində düşünmək və ondan birbaşa istifadə etmək deyil, yalnız onu oxumaq haqqına malikik (yəni onlar sadəcə Quranı oxumaqla kifayətlənmirdilər, eyni zamanda onun üzərində düşünməyi də lazım bilirdilər – Red.). Həmçinin əgər bizim həzrət Peyğəmbər (s) barəsindəki düşüncəmiz cahiliyyət dövrünün Ìbrahim barəsindəki düşüncəsi kimi olsa, yəni o həzrəti öz xəyallarımızda göylərə və buludların arxasına aparsaq, daha əməldə onun davranış və ictimai rəftarından istifadə etməyimiz mümkün deyil və onda Quranın mübarək «Şübhəsiz, Allaha və axirət gününə ümid bəsləyən kəs üçün Allah Rəsulun(un rəftarın)da gözəl örnək vardır»ayəsi gerçəklikdə öz mənasını itirmiş olur. Yəni Çin səddi qalınlığında da bir divar bizimlə həzrət Peyğəmbər (s) arasında yaranır. Daha o həzrətin (s) əməli təlimləri heç vaxt bizim həyat örnəyimiz olmur və daha heç vaxt ondan bəhrələnmək üçün onun barəsində fikirləşmirik. Çünki o, yer kürəsində yaşamayıb, bizim yaşadığımız quruluş və orbitdən xaric olub. Halbuki o həzrət (s) peyğəmbərliyə insanlıqdan çatıb və insan olaraq çox yüksək məqamlara malik olduğu üçün mələkləri də ötüb. O, insan olduğu üçün insana müəllim, yolgöstərən və bələdçi ola bilər. Quran buyurur ki, hətta əgər peyğəmbərliyə mələk göndərməli olsaydıq, yenə də, gərək, onu insanların onu özlərinə örnək etmələri və öz əməllərini onunla müqayisə etmələri üçün insan surətinə salaydıq. Amma biz həmin uzaqdan tamaşa etmək meylimizə əsaslanaraq, «pakların əməllərini özünlə müqayisə etmə» şüarı ilə özümüzlə peyğəmbərlər və övliyaların hidayət çırağı arasında böyük bir fasilə yaradırıq. «Pakların əməllərini özünlə müqayisə etmə» şeirinin müəllifinin bu sözdən məqsədi başqa şeydir və onun dediyi düzdür. O demək istəyir ki, özünü paklarla müqayisə etmə. Elə bilmə ki, sənin vəziyyətin bütün insanların halının nümunəsidir və səndə olan nöqsan və eyblər hamıda var. Hamının özün kimi xudpəsənd və eqoist olmasını, onlara da tamah, şəhvət və nəfsi istəklərin tam hakim olmasını güman etmə. Ìnsanlar arasında çox uca və ali məqama, yüksək ruhiyyə və düşüncələrə, daha incə duyğu və hisslərə malik, sənin düçar olduğun şeylərdən uzaq şəxslərin olması ehtimalını da ver. Həmin beyti Mövlana «Məsnəvi»də «Baqqal ilə tutuquşunun hekayəti»ndə qeyd edib. Yazır ki, baqqalın bir tutuquşusu var idi və o, həmin tutuquşunun danışmasına adət etmişdi. Baqqal olmayanda tutuquşu dükanın qoruğunu çəkərdi.
(Şeirin məzmunu): Bir baqqalın bir xoşavazlı, yaşıl və danışan tutuquşusu var idi; o dükanın qarovulunu çəkirdi və bütün alıcılarla zarafatlaşardı. Bir gün baqqal getmişdi və təsadüfən bir siçan peyda oldu. Orada olan pişik siçanı tutmaq üçün tullandı. Tutuquşu qorxudan özünü bir tərəfdən başqa bir tərəfə atdı. Badam yağı şüşəsi aşıb dağıldı. Baqqal gəlib gördü ki, badam yağı olan şüşə dağılıb və tutuquşunun lələk və qanadları yağlıdır. O, tutuquşunun başından vurdu və tutuquşunun başının tükləri töküldü, başı keçəlləşdi. Tutuquşu narahat oldu və daha danışmadı. Baqqal tutuquşunu danışdırmaq üçün nə etdisə, bir nəticəsi olmadı. O, öz əməlindən peşiman oldu. Nəhayət, bir gün tutuquşunu danışdırmaq barədə fikirə dalmışdı ki, birdən oradan cır-cındır geyinmiş başı keçəl bir kişi keçdi. Tutuquşunun gözü həmin kişiyə sataşdı və gördü ki, onun da başı bununku kimi keçəldir. Birdən dilə gəlib belə dedi:
(Şerin məzmunu): Tutuquşu dərhal dilə gəlib danışmağa başladı və o dərvişi çağırıb dedi ki, ey filankəs, ey keçəl, sən nə üçün keçəllərə qoşulmusan, məgər sən də yağ şüşəsini dağıtmısan? Tutuquşu elə bildi ki, dərvişin də yağ şüşəsini dağıtdığı üçün keçəlləşib. O da yağ şüşəsini dağıdıb və sahibi yumruq ilə onun başına vurub və tükləri tökülüb. Buna görə də ona deyir ki, yəqin sən də nə vaxtsa mənim kimi badam yağı olan şüşəni dağıtmısan və sahibin yumruq ilə başına vurub, saçların tökülüb. Tutuquşu həmin dərvişin işini öz işinə oxşadır.
(Şerin məzmunu): Onun bu müqayisəsi camaata gülməli gəldi; o, dərvişi özü kimi sandı; pakların işini özünlə müqayisə etmə, baxmayaraq ki, «şir» «şir» kimi yazılır.Məqsədim budur ki, «paklar və Allah övliyaları barəsində özünə əsaslanıb hökm çıxarma, onların işini özünlə müqayisə etmə» sözü ilə «onların hesabı tamamilə ayrıdır, onları özünə meyar və örnək götürmə» sözü arasında fərq var. Qurani-kərim buyurur:
«Şübhəsiz, Allaha və axirət gününə ümid bəsləyən kəs üçün Allah Rəsulun(un rəftarın)da gözəl örnək vardır».Əmirəl-möminin (ə) buyurur:
«Bil ki, hər bir davamçının tabe olduğu və onun elminin nuru ilə aydınlıq aldığı bir imam və başçısı var... Sizin bu cür etmək qüdrətiniz yoxdur. Amma (heç olmasa) mənə pəhrizkarlıq, çalışqanlıq, iffətlilik və düzlüklə kömək edin».
Hikmətlər və Nəsihətlər kitabından
Salavat və salam olsun Allahın qulu, elçisi, sevimlisi, seçilmişi Məhəmmədə və onun pak Əhli-beytinə. «Biz səndən öncə (dünyada) heç bir bəşərə əbədiyyət verməmişik. Belə olan halda, əgər sən ölsən, bunlar əbədi qalacaqlar?!»[1] Söhbətimin mövzusu dini təlimlərin insanlara təsirinin az olmasına səbəb olan və onların ruhlara nüfuzunu zəiflədən amillər barəsindədir. Əlbəttə, bu məsələlərin öyrənilməsi bədənin xəstəliklərinin öyrənilməsi kimi lazım və vacibdir. Nə qədər ki, xəstəlik öyrənilməyib, onu müalicə etmək mümkün deyil. Nə qədər ki, dini təlimlərin ruhlara və canlara təsirinə mane olan amillər öyrənilməyib, dinin bərəkətlərindən istifadə etmək mümkün deyil. Hamımızın bildiyi kimi, dünya tədqiqatçı və tarixçilərinin heyrətinə səbəb olan məsələlərdən biri Ìslamın zühur etdiyi dövrdə bu mübarək dinin təsir sürəti və gücüdür. Ìslam həmin dövrdə insanlara həm sürətlə və az müddət içində nüfuz etdi, həm də təsiri o qədər dərin və güclü oldu ki, sonradan yaranan siyasi və mədəni inqilab və dəyişikliklər onu sarsıda bilmədi. Ìslam Peyğəmbəri (s) insanların könüllü şəkildə dəstə-dəstə Allahın dininə daxil olduqları bir şəraitdə dünyadan köçdü. «
Onlar dəstə-dəstə Allahın dininə daxil olurdular».[2] Lakin tədricən onun güclü təsiri zəiflədi. Biz öz dövrümüzü həzrət Peyğəmbərin (s) dövrü ilə müqayisə edəndə görürük ki, insanların din barəsində təsir altına düşmələri baxımından o vaxtla indiki arasında yerlə göy qədər fərq var. Bunun özü də bir mövzu, mühüm ictimai bir məsələdir. Bu fərqin səbəbi var və həmin fərq nədir? Bəziləri öz-özlüklərində belə güman edir və bu məsələni belə həll edirlər ki, qeyd edilən məsələnin səbəbi din əsrinin tədricən sona çatmasıdır. Dini təlimlərin təsirinin çox olduğu həmin dövr və əsrdə zamanın ruhu həmin qəbildən olan təlimləri tələb edirdi. Amma indiki əsr və zamanın ruhu başqa şeylər tələb edir. Zəmanə və əsr həmin təlimlərin tədricən aradan getməsini və onların yerini başqa şeylərin tutmasını tələb edir. Bu cavab dini günü-gündən daha yaxşısı və daha kamili ilə əvəz edilən məişət avadanlıqlarından biri kimi təsəvvür edən insanlar tərəfindən bəyənilə bilər. Lakin ümumi şəkildə bunu qeyd etmək istərdim ki, din dəyişdirilən, başqası ilə əvəz edilən məişət əşyalarından biri deyil, həyatın mövzusu, həyatın ruhunun əsasıdır. Bu gün insan ruhunun dərinliklərini tədqiq etmiş, insanın ictimai həyatını araşdıraraq təcrübələr aparmış böyük tədqiqatçılar bu qənaətə gəliblər ki, din insan fitrətinin bir hissəsidir və insanın dindən üz döndərməsi müvəqqəti və müstəsna haldır. Mən indi bu barədə geniş söhbət etmək istəmirəm. Həmçinin bilirəm ki, bəzi özlərini etiqadlı və dindar sayan bir dəstə insanın fikrincə, bu əsrdə dinin təsirinin azalmasının səbəbi insanların fitrətən şəhvət və azadlığa meyilli olması, dinin isə insanın təbii meyil və istəyinin tələblərinin əksinə çıxması, insan üçün buxov və məhdudiyyət olmasıdır. Nə qədər ki, şəhvət və əyyaşlıq vasitələri yoxdur, insanlar dinə üz tutur, ürəklərini dini məna və fikirlərlə şad edirlər. Amma elə ki, şərait mövcud oldu, insanlar təbiət, meyil və rəğbətlərinin tələb etdiyi şeyin arxasınca gedirlər. Qədim zamanlarda, məsələn, Həzrət Peyğəmbər (s) zamanında əyyaşlıq və şəhvətpərəstliyə şərait yox idi. Buna görə də təbii ki, insanlar dinə gəlirdilər.
«Onlar dəstə-dəstə Allahın dininə daxil olurdular». Amma indi şərait var və buna görə də ondan üz döndərirlər. («Onlar dəstə-dəstə Allahın dinindən çıxırlar».) Bu cavab da səhvdir və tam deyil. Əlbəttə, şübhəsiz, şəhvətpərəstlik şəraitinin mövcud olması və olmaması insanın Allahı yaddan çıxarmasında, onun Allahın müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsinə laqeydlik göstərməsində təsirsiz deyil. Lakin dinin bütünlüklə meyil və rəğbətə müxalif olmasını demək düz deyil. Sadəcə müəyyən şərt və məhdudiyyət mövcuddur. Əgər din hansısa meyil və rəğbətə müxalifdirsə, başqa bir meyil və rəğbətlə müvafiqdir. Əgər bir tərəfdən məhdudiyyətdirsə, başqa bir tərəfdən azadlıq və sərbəstlikdir. Keçən həftəki çıxışlarımda bu mövzuda danışdım və dedim ki, mənəvi məsələlərə diqqəti əhəmiyyətsiz saymaq və onu maddi məhrumiyyət və uğursuzluqların əks təsiri hesab etmək olmaz. Başqa sözlə desək, «mənəvi məsələlərin istifadə və işlənmə yeri insanın maddi məhrumiyyətlərdən əziyyət çəkdiyi və ondan sakitləşdirici kimi istifadə etdiyi vaxtlardır» demək olmaz. Bunun səbəbi başqa şeydir. Burada icazə versəniz, kiçik bir müqəddiməyə ehtiyac var. Qurani-kərimdə «qəlb və ruhların örtüyə bürünməsi» ifadəsi çox işlədilmişdir.
«Quran oxuduğun zaman səninlə axirətə inanmayanların arasında görünməz bir pərdə çəkərik».[3] «Onların bəzisi sənə qulaq asırlar. Biz başa düşməmələri üçün qəlblərini pərdələrlə örtmüş və qulaqlarında ağırlıq yaratmışıq».[4] «Kim Rəbbinin nişanələri ilə öyüd verildikdən sonra onlardan üz döndərən və özünün əvvəlcə əldə etdiklərini unudan şəxsdən daha zalımdır?! Həqiqətən, Biz, anlamamaları üçün onların qəlbləri üzərinə örtüklər çəkdik və qulaqlarında bir ağırlıq qoyduq».[5] Həqiqətən də, bəzən qəlb haqq qarşısında yumşaqlıq və təslimçilik hissini itirir və insan faciəvi zülmlərə mürtəkib olur və heç bundan təsirlənmir, ona moizə və nəsihət təsir etmir və o, zülm və cinayətin təkrarlanması nəticəsində daşürəkləşir. Yaxud təəssübkeşlik nəticəsində insanın ruhunda haqq sözü qəbul etməmək hissi yaranır. Belə ki, təəssübkeşlik pərdəsi haqqa qəlibə daxil olmaq, onun barəsində düşünüb təsdiqləmək icazəsi vermir. Mənəvi pərdə, örtük və maneə rolunu oynayan hallar çoxdur. Daşürəklilik və təəssübkeşlik divar və pərdə olduğu kimi, xülya və xəyalpərəstlik də digər qalın divar və pərdədir. Bu sonuncu barədə izah verəcək və bir misal çəkəcəyəm. Qüreyşin həzrət Peyğəmbərə (s) tutduğu və o həzrətin (s) dəvətini qəbul etmək yolunda maneə hesab etdiyi iradlardan biri bu idi ki: «Bu necə peyğəmbərdir ki, hamı kimi yemək yeyir, hamı kimi küçədə-bazarda gəzir, hamı kimi bu da insandır?» Bu sözləri danışanlar Ìbrahimin övladları idilər, özlərini Ìbrahim dinində sayırdılar və Ìbrahimi Allahın peyğəmbəri hesab edirdilər. Həmin iradlarının yaranmasının səbəbi onların tədricən Ìbrahim barəsində öz zehn və xəyallarında insana tətbiq edilə bilməyən sima yaratmaları idi. Buna görə də həzrət Peyğəmbərin (s) də onların öz zehnlərində formalaşdırdıqları Ìbrahim kimi olmasını istəyirdilər. Onlar Ìbrahimi öz xəyallarında səmada buludların arxasında yerləşdirmiş, özlüklərində Ìbrahimi ucaltmışdılar. Amma, əslində, onlar Ìbrahimi alçaltmışdılar və onların Ìbrahimin vəziyyət və kamalından zərrəcə xəbərləri yox idi. Buna görə də inana bilmirdilər ki, onların gözlərinin önündə adi bir insan kimi dayanmış həzrət Peyğəmbər (s) Ìbrahimin yol və ayinini dirçəltmək istəyir. Yəni onların öz xəyallarında yaratdıqları o uydurma sima onların həqiqəti dərk etmələri üçün onlarla həqiqət arasında bir sədd və maneə, Quranın dili ilə desək, örtük və pərdə idi. Həqiqətin dərk edilməsindən məhrum olan insan (var olan, baş verən) şeylərlə (yaxud hadisələrlə) həmişə nadanlıq və xəyal qarmağı ilə əlaqə yaratmaq istəyir və buna görə də həqiqətlə fasiləsi daha da artır. Bu da onun əməldən və həqiqətdən yararlanmaqdan məhrum olmasına səbəb olur. Başqa sözlə desək bəzi insanlar hər şeyi yaxından görmək, yaxından müşahidə etmək, bəziləri isə uzaqdan görmək və uzaqdan müşahidə etmək istəyirlər. Bu yaxından görmək və uzaqdan görmək meyilləri, həqiqətən də, insanlarda mövcud olan iki fərqli meyildir. Yaxından görmək meyli insan bir şeyi öz gözü ilə düz görmək və ya nişanələr və dəlillərə əsaslanaraq araşdırmaq və onun barəsində hökm çıxarmaq istəyəndə yaranır. Uzaqdan görmək meyli isə insana xəyal və fantaziyanın hakim olmasıdır və o, gözlərini yummaq və görməmək istəyir. Ìstəyir ki, uzaqda dayansın və naməlum qaraltı görsün və onun barəsində xəyalpərəstlik etsin. Ìnanırsınızmı ki, insanların çoxunun nəzərində məchul, naməlum və qaranlıq şey məlum və aydın şeydən daha çox əzəmət və cah-cəlala malikdir, hətta həmin məlum şey öz zatında daha əzəmətli, daha cah-cəlallı olsa belə? Onlar rəğbətləri olan bir şeyi daha əzəmətli saymaq istəyəndə ondan uzaqda dayanır və onu özlərindən uzaq saxlayırlar ki, görməsinlər, başa düşməsinlər və qaranlıq görsünlər və sonra onun barəsində xəyalpərəstliyə başlasınlar. Bəzilərinin Qurana rəğbət və məhəbbətləri var, amma bu müqəddəs kitabın möcüzəvi əzəmətini yaxından görmək, onun aydın ayələri barəsində dərindən fikirləşmək və düşünmək istəmirlər. Onların nəzərində bu kitabın əzəməti onu göydə buludların arxasında yerləşdirmələri və «o, başa düşülən deyil, heç kəsin onu oxuyub barəsində dərindən düşünmək haqqı yoxdur, yalnız pak Ìmamlar (ə) Qurana yaxınlaşmaq hüququna malikdirlər» deməkdir. Yəni onların nəzərində Quranın əzəməti o vaxt çoxdur ki, məchul və qaranlıq olsun. Bu adətin adını «qaranlıqda hərəkət etmək meyli» və ya «yarasasayağılıq» qoymaq olar. Qurani-kərim buyurur:
«Məgər ölmüş və sonra Bizim dirildərək vasitəsilə insanlar arasında yol getdiyi bir nur verdiyimiz şəxs, zülmətlərdə olan və ondan çıxmayacaq şəxs kimidir?!»[6] Əlbəttə ki, yox! Gördüyümüz kimi, özləri nadanlıq qarmağı ilə Qurana bağlanmaq istəyirlər. Onlar uzaqdan görmək istəyirlər və yalnız Ìmamların (ə) Qurana yaxınlaşmaq haqqına malik olmalarını bəhanə gətirirlər. Halbuki məsum Ìmamların (ə) özləri həmişə camaatı Quran ayələrində düşünməyə dəvət ediblər. Bundan əlavə, deyirdilər ki, camaatın bizdən nəql etdiklərini Quranla tutuşdurun və Quranı meyar götürün. Əgər onların Quranla düz gəlmədiyini görsəniz, bilin ki, həmin söz bizim sözümüz deyil və yalandan bizə isnad edirlər. Fikir verin! Bu təfəkkür və «heç kəsin Quran ayələrində düşünmək haqqı yoxdur» düşüncəsi Quranla həmin təfəkkür sahibi arasında qalın bir divar və örtükdür və bu müqəddəs kitabın həmin şəxsin qəlbinə nüfuz etməsinə mane olur. Bu, eyni ilə cahiliyyət dövrünün insanları barəsində deyilənlərə bənzəyir:
«Quran oxuduğun zaman səninlə axirətə inanmayanların arasında görünməz bir pərdə çəkərik».[7] Ìslamın ilk dövrlərində camaat, əsla, belə düşünmürdü ki, Quran bizim səma kitabımızdır, amma biz onun barəsində düşünmək və ondan birbaşa istifadə etmək deyil, yalnız onu oxumaq haqqına malikik (yəni onlar sadəcə Quranı oxumaqla kifayətlənmirdilər, eyni zamanda onun üzərində düşünməyi də lazım bilirdilər – Red.). Həmçinin əgər bizim həzrət Peyğəmbər (s) barəsindəki düşüncəmiz cahiliyyət dövrünün Ìbrahim barəsindəki düşüncəsi kimi olsa, yəni o həzrəti öz xəyallarımızda göylərə və buludların arxasına aparsaq, daha əməldə onun davranış və ictimai rəftarından istifadə etməyimiz mümkün deyil və onda Quranın mübarək «Şübhəsiz, Allaha və axirət gününə ümid bəsləyən kəs üçün Allah Rəsulun(un rəftarın)da gözəl örnək vardır»
[8] ayəsi gerçəklikdə öz mənasını itirmiş olur. Yəni Çin səddi qalınlığında da bir divar bizimlə həzrət Peyğəmbər (s) arasında yaranır. Daha o həzrətin (s) əməli təlimləri heç vaxt bizim həyat örnəyimiz olmur və daha heç vaxt ondan bəhrələnmək üçün onun barəsində fikirləşmirik. Çünki o, yer kürəsində yaşamayıb, bizim yaşadığımız quruluş və orbitdən xaric olub. Halbuki o həzrət (s) peyğəmbərliyə insanlıqdan çatıb və insan olaraq çox yüksək məqamlara malik olduğu üçün mələkləri də ötüb. O, insan olduğu üçün insana müəllim, yolgöstərən və bələdçi ola bilər. Quran buyurur ki, hətta əgər peyğəmbərliyə mələk göndərməli olsaydıq, yenə də, gərək, onu insanların onu özlərinə örnək etmələri və öz əməllərini onunla müqayisə etmələri üçün insan surətinə salaydıq. Amma biz həmin uzaqdan tamaşa etmək meylimizə əsaslanaraq, «pakların əməllərini özünlə müqayisə etmə» şüarı ilə özümüzlə peyğəmbərlər və övliyaların hidayət çırağı arasında böyük bir fasilə yaradırıq. «Pakların əməllərini özünlə müqayisə etmə» şeirinin müəllifinin bu sözdən məqsədi başqa şeydir və onun dediyi düzdür. O demək istəyir ki, özünü paklarla müqayisə etmə. Elə bilmə ki, sənin vəziyyətin bütün insanların halının nümunəsidir və səndə olan nöqsan və eyblər hamıda var. Hamının özün kimi xudpəsənd və eqoist olmasını, onlara da tamah, şəhvət və nəfsi istəklərin tam hakim olmasını güman etmə. Ìnsanlar arasında çox uca və ali məqama, yüksək ruhiyyə və düşüncələrə, daha incə duyğu və hisslərə malik, sənin düçar olduğun şeylərdən uzaq şəxslərin olması ehtimalını da ver. Həmin beyti Mövlana «Məsnəvi»də «Baqqal ilə tutuquşunun hekayəti»ndə qeyd edib. Yazır ki, baqqalın bir tutuquşusu var idi və o, həmin tutuquşunun danışmasına adət etmişdi. Baqqal olmayanda tutuquşu dükanın qoruğunu çəkərdi.
(Şeirin məzmunu): Bir baqqalın bir xoşavazlı, yaşıl və danışan tutuquşusu var idi; o dükanın qarovulunu çəkirdi və bütün alıcılarla zarafatlaşardı. Bir gün baqqal getmişdi və təsadüfən bir siçan peyda oldu. Orada olan pişik siçanı tutmaq üçün tullandı. Tutuquşu qorxudan özünü bir tərəfdən başqa bir tərəfə atdı. Badam yağı şüşəsi aşıb dağıldı. Baqqal gəlib gördü ki, badam yağı olan şüşə dağılıb və tutuquşunun lələk və qanadları yağlıdır. O, tutuquşunun başından vurdu və tutuquşunun başının tükləri töküldü, başı keçəlləşdi. Tutuquşu narahat oldu və daha danışmadı. Baqqal tutuquşunu danışdırmaq üçün nə etdisə, bir nəticəsi olmadı. O, öz əməlindən peşiman oldu. Nəhayət, bir gün tutuquşunu danışdırmaq barədə fikirə dalmışdı ki, birdən oradan cır-cındır geyinmiş başı keçəl bir kişi keçdi. Tutuquşunun gözü həmin kişiyə sataşdı və gördü ki, onun da başı bununku kimi keçəldir. Birdən dilə gəlib belə dedi:
(Şerin məzmunu): Tutuquşu dərhal dilə gəlib danışmağa başladı və o dərvişi çağırıb dedi ki, ey filankəs, ey keçəl, sən nə üçün keçəllərə qoşulmusan, məgər sən də yağ şüşəsini dağıtmısan? Tutuquşu elə bildi ki, dərvişin də yağ şüşəsini dağıtdığı üçün keçəlləşib. O da yağ şüşəsini dağıdıb və sahibi yumruq ilə onun başına vurub və tükləri tökülüb. Buna görə də ona deyir ki, yəqin sən də nə vaxtsa mənim kimi badam yağı olan şüşəni dağıtmısan və sahibin yumruq ilə başına vurub, saçların tökülüb. Tutuquşu həmin dərvişin işini öz işinə oxşadır.
(Şerin məzmunu): Onun bu müqayisəsi camaata gülməli gəldi; o, dərvişi özü kimi sandı; pakların işini özünlə müqayisə etmə, baxmayaraq ki, «şir» «şir» kimi yazılır.[9] Məqsədim budur ki, «paklar və Allah övliyaları barəsində özünə əsaslanıb hökm çıxarma, onların işini özünlə müqayisə etmə» sözü ilə «onların hesabı tamamilə ayrıdır, onları özünə meyar və örnək götürmə» sözü arasında fərq var. Qurani-kərim buyurur:
«Şübhəsiz, Allaha və axirət gününə ümid bəsləyən kəs üçün Allah Rəsulun(un rəftarın)da gözəl örnək vardır».[10] Əmirəl-möminin (ə) buyurur:
«Bil ki, hər bir davamçının tabe olduğu və onun elminin nuru ilə aydınlıq aldığı bir imam və başçısı var... Sizin bu cür etmək qüdrətiniz yoxdur. Amma (heç olmasa) mənə pəhrizkarlıq, çalışqanlıq, iffətlilik və düzlüklə kömək edin». Hikmətlər və Nəsihətlər kitabından
islamazeri.az