اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Diqqət! Diqqət! Dindarların nəzərinə:

Yayım Tarixi: 18.02.2012 19:20
Məqalə
Yazı ölçüsü: büyüt küçült         

haber
Gizlədin namazlarınızı, qapılarınızı açıq qoyun, ciblərinizi tərsinə çevirin yoxsa casus adlanacaqsınız

Diqqət! Diqqət! Dindarların nəzərinə: Qapılarınızı açıq qoyun! Əgər evinizdən silah çıxmasını istəmirsinizsə.
Cibləri tərsinə çevirib gəzin! Əgər ciblərinizdən Heroin çıxmasını istəmirsinizsə.
Namazlarınızı ərəb dilində yox, başqa dillərdə qılın və “Alahu-Əkbər” əvəzinə “Avropa-Qərb Zırpıdır” deyin, əgər fanat adını almaq istəmirsinizsə.
Yağan qarları, yağışları, zəlzələləri, ay-günəş tutulmalarını atın dindarların, müxalifətin, ya da ki ən yaxşısı budur, İranın üstünə, əgər vəzifə istəyirsinizsə.
Hicabı pisləyin, namazı “qaraguruh, təsirə düşmüşlər qılır" deyin, əgər qabağa getmək istəyirsinizsə.

Bəli, yaşanan tendensiya budur. Artıq valideynlər şeytandan yox, dindardan qorxur ki, məscidə getsə, dindarla dostluq etsə, övladları əldən gedəcək.
Hazırda ölkəmizdə ən qorxulu, təhlükəli yer məscidlər hesab olunur. İş yerlərinin əksəriyyətində dindarlar namazlarını gizlədir ki, işlərini itirməsinlər.
“Delosu”nda “namaz qılır, oruc tutur” sözləri yazılan adamlar qorxuludur, nəinki “delosu”nda “spitli içki qəbul edir, rüşvət alır” cümləsi yazılan insanlar. Çünki, ikincilər daha əlverişlidir, həm özü yeyəcək, həm də yedizdirəcək.

Bəli, gizlədin namazlarınızı, qapılarınızı açıq qoyun, ciblərinizi tərsinə çevirin. Yoxsa ya İrana işləyən, ya dini dözümlülüyü olmayan insan, ya da ki casus adlanacaqsınız.
Baxın, ya o, ya bu.

Vüsal Hətəmov
/Birlik.az/
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Seccad
08.03.2012 21:51
Haqq
salam olsun o keslereki ALLAH TEALA yolunda her bir cetinliye LEBBEYK diyer..... ALLAH EALA bizleri yeqin ehlinnen qerar versin INSALLAH......... IYYAKE NEBUDU VE IYYAKE NESTEIN......
Zehra
20.02.2012 22:06

yene ac canavar kimi ova cixiblar yevrovijin yaxinlashir axi qorxurlar ki qeyretli qardashlar etiraz ederler hebsde el qollari baglanir axi amma bunu allah gorur ona hevale edirem sizleri dindar qardashlarim metin olun siz hecde susmayin siz danishdiqca etiraz etdikce onlar dahada qorxurlar
İmam Huseyin(a) Mektebi.
19.02.2012 09:43

inaniram ki Iran od icinden cixardacag Azerbaycani inwaAllah.Allah taala mominlere komey olsun,kafirlerin tezlikle cezasini versin!amin!
Ferid
19.02.2012 00:38

Imam Əli(e)buyurur Möminin nisanelerindendir ki ona deli deyerler
Huseyn Asiqi
19.02.2012 00:33
Bitecek Bu Zülm İnweallah
Bu zülmlerin sonu gelecek az qalib.inweallah herwey yaxwi olacaq.dindarlarimiz azadliga cixacaq Allahin izniyle.
Xegani
18.02.2012 22:52
Ehsen Sızlere
ALLAH imaninizi kamil elesin gardashim coxlu mominlere tezyig edib adlarina nalayig sozler deyirler wayolsun onlarin halina ALLAH CEZALARIN WERSIN
Momın Qardas
18.02.2012 22:43
Mehdını Gozleyırık Qardasım
SEN DUZ DEYİRSEN QARDAS AMMA MEN SENİN CANİNDAN QORXURAM BU SEREFSİZLER YENE TUTMAGA BASLAYİBLAR HACİ MEHDİ MENİM İDMAN YOLDASİM VE MOMİN QARDASM İDİ.IMAM MEHDININGELESINI GOZLEYIRIK GOZUMUZ YOLDADIR
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768