Samuxda minik avtomobili eşşək arabası ilə toqquşub, ölənlər var
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Samuxun Kürkolayır kəndi ərazisində "VAZ 3303" markalı avtomobil eşşək arabasını vurub.Nəticədə eşşək arabasında olan 2 nəfər hadisə yerində keçinib.Faktla bağlı cinayət işi açılıb.