اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Elektronik "qol hakimi" texnologiyası Madriddə sərgilənəcək

Yayım Tarixi: 08.02.2012 10:55
İdman
Yazı ölçüsü: büyüt küçült         

haber
Bu texnologiyadan topun qapı xəttini keçib-keçməməsini aydınlaşdırmaqda, ofsayt hallarının daha dəqiq müəyyənləşdirilməsində istifadə edilə bilər

Islamazeri.az İnternet Qəzetinin BBM-ə istinadən verdiyi xəbərə görə, "Qol hakimi" adlandırılan yeni cihazın sabah İspaniyanın paytaxtı Madriddə keçiriləcək futbol texnologiyaları sərgisində nümayiş olunması gözlənilir.
Futbol hakimlərinə çox böyük dəstək verəcək və səhvləri minimuma endirəcək bu cihazın bundan sonrakı oyunlarda istifadə edilib-edilməyəcəyi isə hələlik bilinmir və bu barədə FİFA-nın rəyindən sonra qərar veriləcək.

Qeyd edək ki, bu cihazı macar ixtiraçı Laszlo Maruzsi hazırlayıb.
Macarıstan Futbol Federasiyasının rəhbərlərindən biri olan Sandor Berzi bu ixtiraya Federasiya tərəfindən dəstək verildiyini bildirərək, onun oyunlar zamanı ciddi səhvlərdən biri olan topun qapı xəttini keçib-keçməməsini aydınlaşdırmaqda önəmli olacağını əlavə edib.
İxtiraçı Marizsi isə bildirib ki, bu texnologiyadan eyni zamanda ofsayt hallarının daha dəqiq müəyyənləşdirilməsində də istifadə edilə bilər.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768