Moskvada Azərbaycan və Ermənistan ziyalılarının görüşü Mərkəz Ədəbiyyat Evində davam etdirilib
“Rossiyskaya qazeta”da görüş başa çatdıqdan sonra hər iki ölkənin nümayəndə heyətləri Mərkəz Ədəbiyyat Evinə gedib. Hazırda görüş burada davam etdirilir. Görüşdə iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibi də məlum olub. Ziyalıların görüşündə Azərbaycanı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdulla, Azərbaycan Dövlət Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlov təmsil edirlər.
Bundan başqa, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ermənistanın Rusiyada keçmiş səfiri Armen Smbatyan, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy da iştirak edirlər.
Qeyd edək ki, görüşün bu gün keçiriləcəyi barədə xəbər Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun “Rossiyskaya qazeta”da dərc olunmuş məqaləsində yer alıb. Bu, Azərbaycan və Ermənistan ziyalılarının sayca üçüncü görüşüdür. \apa\
islamazeri.az