اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Ey Şəhid !

Yayım Tarixi: 21.01.2012 12:05
Mədəniyyət
Yazı ölçüsü: büyüt küçült         

haber
Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz. [Bəqərə, 154]

  



               Ey Şəhid !


Sən canından keçmisən ki, mən qalım sağ, ey Şəhid?
Tikdirim öz nəslimə həm villa, həm bağ, ey Şəhid?

Sən “Vətən var” söyləyib, keçdin canından böyləcə,
Mən, “gedən var?” söyləyib, gizləndim ancağ, ey şəhid!

Sən dedin bayraq ucalsın, dalğalansın hər zaman,
Mən dedim villam ucalsın, sonra bayrağ, ey Şəhid.

Sən canından keçməyinlə, hey ucaldın, mən isə,
Alçalıb oldum ən alçağdan da, alçağ, ey Şəhid.

Sən şəhid olmaqla çəkdin ailənin dağ qəlbinə,
Mən də, öz ailəmlə çəkdim kefi hər çağ, ey Şəhid!

Sən dedin torpaq əzizdir, can fəda olsun gərək,
Mən dedim ki, can şirindir, getdi torpağ, ey Şəhid.

Sən şəhidliklə igidlik göstərənsən, mən isə,
Zillət içrə dövr edən aciz və qorxağ, ey Şəhid.

Sən şəhadət şərbətin içdin və hurriyyətdəsən,
Mən də, zillət zindanında adi dustağ, ey Şəhid.

Hər gün ölkəmdə şəhidlər ruhuna təhqir ilə,
Bir daha əlbəttə ki, dönməz Qarabağ, ey Şəhid.


Qasımbala Səfərov.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Zehra
21.01.2012 19:19

qardasim allah sene ecr versin heqiqetende sehid oqlanlarimiz haqsiz yere shehid oldu onlarin shehidliyi sayesinde kimisi azqinliqdan ayi yeyir kimisi villalarinin sayini unudub kimisi ise gozel olmaliyam deye botokslar elinde qalib heyif sizden cox heyif
Ekrem
21.01.2012 12:59

ehsen ezizi qardashim cox gozel yazmisan (( heyfler olsun bu xalq ugrunda canindan kecen shehidlere
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768