اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Eynulla Fətullayev hicab məhbusları ilə görüşüb

Yayım Tarixi: 18.02.2012 18:22
Azərbaycan
Yazı ölçüsü: büyüt küçült         

haber
Fevralın 18-də “İHU” İB-in sədri Eynulla Fətullayev hicab yasağına etiraz aksiyasında iştiraka görə həbs edilmiş məhkumlara baş çəkib

16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan məhkumlar Tərlan İsmayılov, Həsən Məmmədov, Araz İsmayılov, Mais Abdullayev, Rüfət Nuriyev, Nizami Məmmədov, Rəşad Vəliquliyev hüquq müdafiəçisi ilə söhbətdə həbslərini siyasi motivlərlə bağlayıblar və dərhal azad olunmalarını tələb ediblər.

“İnsan Haqları Uğrunda” İctimai Birlikdən “Media forum” saytına verilən məlumata görə, məhkumlar “Amnesty İnternational” təşkilatının onları vicdan məhbusu kimi tanımamasından narazılıq bildiriblər. Eynulla Fətullayev məhkumlara deyib ki, Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser onları ehtimal edilən siyasi məhbus qismində tanıyır və işlərinin yenidən araşdırılmasını zəruri sayır. “Hicaba azadlıq” aksiyası ötən il mayın 6-da Təhsil Nazirliyinin qarşısında keçirilib. Aksiyaya görə 15 nəfər həbs olunub.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768