اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Fətulla Gülən:"Uçan dairələr cindir"

Yayım Tarixi: 12.01.2012 13:53
Araşdırma
Yazı ölçüsü: büyüt küçült         

haber
"Uçan dairələr, bizim kimi canlı varlıqlar ola bilməzlər. Cin və şeytanlardır. Bir əsli varsa bunları cin, pəri və şeytan kimi qəbul etmək olar"

İslamazeri.az İnternet Qəzetinin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ-ın Pensilvaniya ştatında yaşayan və Nurçuluq dini cərəyanının lideri olaraq da bilinən Fətulla Gülən son kitablarından birində bəzi mövzulara dair qəribə fikirlər bildirib.

"Çizgimizi Hecelerken" adlı kitabında F.Gülən, son günlərdə Türkiyə gündəmində müzakirə mövzusu olan "Muhteşem yüzyıl" teleserialı və bu filmdə geniş yer verilmiş cariyələr, uçan boşqablar, dindarların seçkilərdə iştirakı kimi məsələlərə də toxunub.

O QADINLARIN FAYDALARI DA OLUB 
Fətulla Gülən bildirib ki, "Osmanlının ələ keçirdiyi ölkələrdən saraylarına gətirilən qadınlar nə qədər intriqalara, saray çəkişmələrinə səbəb olsalar da, o qadınların faydaları da olub. Onların bir çoxu Sultanlara önəmli məslətlər veriblər, bəziləri gələcəkdə Osmanlının ən əhəmiyyətli məmurlarını dünyaya gətirən analar olublar."
(Qeyd edək ki, Osmanlı sultanı İldırım Bəyazit Teymurlənglə döyüşdə məğlub olduqdan sonra öz əhli-əyalı ilə birlikdə Teymurilərin əsiri oldu. Həmçinin tarixi qaynaqlarda göstərilir ki, Teymur onları alçaltmaq üçün Səmərqəndə qəfəsdə göndərdi. Hətta Bəyazid utancından intihar etdi. Osmanlı sultanları da bu hadisədən sonra həmin qadınlarla rəsmi nigahda olmurdular və o qadınların dünyaya gətirdiyi övladlara da İslam dinində zinazadə deyilir.)

"UÇAN DAİRELER CİNDİR"
Kitabında uçan boşqablara da toxunan Gülən, "Uçan dairələr, bizim cismaniyyətimiz kimi canlı varlıqlar ola bilməzlər. Bunlar cin və şeytanlardır. Bir əsli varsa, bunları yalnız cin, pəri və şeytan kimi qəbul etmək mümkündür. Bu cür şeylərdən bəhs edənlərin bəziləri halüsinasiya görmüş də ola bilər" deyib.
(Qeyd edək ki, bir çox hallarda uçan boşqablar deyilən belə naməlum uçan obyektlərin hansısa dövlətə məxsus kəşfiyyat aparatı olduğu aşkarlanmışdır.)

"SƏS VERMƏK ƏHƏMİYYƏTLİDİR"
Vətəndaşların seçkidə səs vermələri lazım olduğunu da ifadə edən Gülən, "Bu vətəni bir məsələdir. Bir mömin seçkilərdə üzərinə düşən bu mühüm vəzifəni yerinə yetirməkdə məsuliyyətli olmalıdır. Əgər bunu etməzsə Allah hüzurunda necə cavab verər?" deyib.
(Qeyd edək ki, bir neçə il öncə Nəcməddin Ərbakanın lidrlik etdiyi "Milli görüş" hərəkatı dini kəsimi seçkilərdə fəal iştirak etməyə çağırırdı. O zaman Fətulla Gülən "Milli görüş"çüləri dinə siyasəti qatmaqla İslamın saflığını pozmaqda ittiham edirdi. F.Gülən həmçinin o dövrdə dindarların siyasətə alət olmamalarını tövsiyə edir, Nəcməddin Ərbakanın "Səadət Partiyası"nın siyasi mübarizəsinin lazımsız olduğunu deyir və ölkədəki dini kəsimi seçkilərə qatılmayaraq bu işi qeyri-dindarların öhdəsinə qoymağa çağırırdı.
Lakin bundan bir neçə il sonra AKP-nin seçkilərdə iştirakı zamanı tamam başqa bir çağırış etdi. Hər bir müsəlmanın AKP-ni dəstəkləməli olduğunu, bu partiyaya səs verməyin müsəlman üçün vacib bir məsələ olduğunu açıqladı.)
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768