Xeber44.com-un müsahibi İslamazeri.az internet qəzetinin baş redaktoru Hacı Ramin Bayramovdur.
Salam aleykum. Hacı sizi xoş gördük. Saytınızın yeni dizaynı münasibətilə təbrik edirik.- Aleykum salam. Təşəkkür edirəm, Allah razı olsun.
Sizə ilk öncə sual vermək istəyərdik, bu imzatoplaması və ona irad bildirənlər arasında bəziləri “soyuq müharibə gedir” ifadəsilə razısınızmı?-Suala görə təşəkkür edirəm. Xeyir mən belə deməzdim. 90-cı illərin sonundan Azərbaycanda dini icmalar, ilahiyyatçılar arasında fikir ayrılıqları var. Hazırda da dini cameənin içində olanlar bunu çox gözəl bilirlər. Sadəcə bunu zahirdə etmirlər. Belə demək olarsa, zahiri vəhdəti qoruyurlar. Ancaq dediyiniz məsələyə gəlincə hər kəsin fikir bildirmək hüququ var. Xüsusilə ilahiyyatçılar rəy bildirməkdə azaddırlar. İndi bunu ixtilaf və fitnə kimi qələmə vermək özü bir ixtilaf və fitnədir. Sosial şəbəkələrdə, dini cameənin öz tədbirlərində İslam Peyğəmbərlərinin varisləri sayılan Mərcei Təqlidlər müzakirəyə çıxarılır, bəzən “filan mərcə Azərbaycanın məsələsini bilmir” deyərək öz fikirlərini bildirirlər. Bəzən bunlara irad tutanda “siz azad fikirə düşmənsiniz” və ya bir az yumşaq sözlərlə etirazlarını bildirirlər. Əgər ən böyük din alimlərində səhv tutmaq azadlıqdırsa, niyə bir məsələyə irad bildirmək fitnə və ya ixtlaf olmalıdır? Əgər minbərdə və ya şəxsi məclislərdə məsələn: “ hicab məhbusları tələsdi”, “məscid sökülməsinə etiraz edənlərin şüarları sərtdir” deyilirsə və bu şəxslər ixtilaf edən kimi qəbul olunmursa, niyə dəlil əsasında bir məsələyə irad bildirənlər ixtilaf salan kimi göstərilməlidir? Bu şeyi yayanlar özləri ya bilərəkdən, ya da ki, bilməyərəkdən ixtilaf edənlərdir. Sözü açıq demək lazımdır. Səninlə görüşəndə başqa şeyi, kənara çəkiləndə isə dediyimə xilaf bir fikir səsləndirim. Bu şeyi şəxsən mən qəbul etmirəm. Üzdə başqa, altda başqa – islamdan uzaq müxalifətçilərin işidir.
Bəzən bu iki qardaş tərəf arasında təhqirlər görürük. Buna münasibətiniz?-Onu deyim ki, mənim də hər iki tərəfə iradım var. Yəni hamımız bilməliyik ki, dinsiz, münafiq və kafir kimə deyilir. Diqqət edək ki, kiməsə ad qoyanda o ad qoymaq imanımızı yandırmasın. Fikirlə müxaliflik olar, amma dostlar arasında düşmənçiliyə yer yoxdur. Hər iki tərəf əxlaq normalarına diqqət etməli və heç kəsə qarşı ağır ittihamlar səsləndirməməlidir. İstər bu kampaniyaya dəstək vermiş olsun, istər verməmiş olsun, hamısı qardaşlarımzdır. Ad qoymaqdan çəkinmək lazımdır. Ancaq alimləri belə təhqir etməkdən çəkinməyən bu tip insanlar azlıq təşkil edir. Belə insanlar bir az digər cəmiyyətlərə də çıxsı nlar, digər alimlərin də xütbələrini dinləsinlər, dualarında iştirak etsinlər. Bilsinlər ki, ibadətdə heç kəsin qadağa qoymağa haqqı yoxdur. Belə insanlarla görüşümüz olur. Onlar özləri bizə deyirlər ki, biz manqurt kimi olmuşuq, gözəl tədbirlərdən, məclsilrədən kənarda qalmışıq. Hər halda düşünürəm ki, cəmiyyət içinə çıxdıqca digərinə ad qoymaq vərdişi yox olacaqdır. Hər halda təxribata getmək olmaz. İmzaya dəstək verməyənləri təhqir edənlər bilsinlər ki, hicab məhbuslarını, xüsusilə Hacı Mövsümü, Hacı Zülfüqarı, Hacı Taleni, Hacı Şahini və digər qardaşları təhqir edirlər. İmzaya dəstək verənləri təhqir edənlər isə bilsinlər ki, Hacı Elşəni, Hacı Yaşarı, Hacı Namiqi, Hacı Faiqi və digər qardaşları təhqir edirlər. Buna yol vermək olmaz.
"Huriyyət” qəzetinin veb səhifəsində “imza toplama” haqqında bir məqalə dərc edildi. Bu haqda nə deyə bilərsiniz?-Bilirsiz bir yazını oxuyanda o yazının müəllifi üzə çıxır. Yəni İmam Əli demişkən “kişi sözlərinin altında gizlənib”. Yalan, böhtan və məntiqsiz bir yazıdır. Bu yazıda Mərcəi Təqlid Ayətullah Golpayqaninin adının hallanması lap rüsvayvericidi. Təsəvvür edin, bir mərcei təqlid müctehidi ondan dini titulca aşağı olan bir şəxsin köməkçisidir. Bu fikirə nə deyəsən? Allah hidayət etsin. Bu yazını nəinki bir şəxsə, bütün hicab müqavimətinə yazılan bir yazı kimi dəyərləndirirəm. Çox vaxt digərlərini İrana işləməkdə ittiham edənlər, özləri ya ABŞ, ya da ki, İsrailə işləyən olurlar.
Son olaraq nə demək istərdiniz?-İnşəallah üzümüzə gələn Mübarək Ramazanı Allah bizlərə mübarək qərar versin. Hicab məhbuslarını azad etsin və hicab problemini həll etsin. Azərbaycanda 20 ildən çox olmayan İslami Vəhdəti bərpa etsin.Amin. Müsahibə üçün təşəkkür edirik.- Çox sağ olun. İşlərinizdə uğurlar.
islamazeri.az