اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Firefox brauzerinin 10-cu versiyası işıq üzü görüb

Yayım Tarixi: 01.02.2012 12:30
Texnologiya
Yazı ölçüsü: büyüt küçült         

haber
Mozilla Foundation qeyri-kommersiya təşkilatı Firefox brauzerinin onuncu versiyasını buraxıb

İslamazeri.az-ın MİNcom-a istinadən verdiyi xəbərə görə, ilkin versiyalardan Firefox 10-u bir neçə xüsusiyyətlər fərqləndirir. Belə ki, yeni versiyada brauzerin imkanlarını artıran əlavə modullara başqa yanaşmadan istifadə olunur.

Əvvəllər yenilənmədən sonra Firefox son versiyaya uyğun olmayan bütün əlavə modulları söndürürdü. İndi brauzer Firefox 4 və daha sonrakı versiyalar ilə uğurla işləyə biləcək bütün uyğun əlavə modulları avtomatik sayacaq.

Firefox-da yeniliklərin əksəriyyəti tərtibatçılara, məsələn, tamekranlı veb-əlavələr üçün API və WebGL-in köməyi ilə yaradılan qrafikaya aiddir.

Firefox 10 ilə paralel olaraq Mozilla müəssisələr üçün nəzərdə tutulan və ESR (Extended Support Release) adlandırılan brauzer versiyasını istifadəyə verəcək. Onun vəzifəsi sistem inzibatçılarını brauzeri tez-tez yeniləməkdən azad etmək olacaq.

Əlavəni Mozilla-ın saytından yükləmək olar.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768