اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Fransa "Yəhudi soyqırımı"nı da ləğv edə bilər

Yayım Tarixi: 08.02.2012 11:45
Siyasət
Yazı ölçüsü: büyüt küçült         

haber
Senatın son qərarının, “erməni soyqırımı”nın tanınması qanununun və yəhudi soyqırımı ilə bağlı qanunların ləğvi gözlənilir

Fransa prezidenti Nikola Sarkozinin lideri olduğu Xalq Hərəkatı Birliyi Partiyasının Senatdakı qrupunun rəhbəri, ermənipərəstliyi ilə seçilən Jean Klaude Kaudin Fransa Konstitusiya Şurasının (Məhkəməsi) qondarma “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu ləğv edəcəyini söyləyib. Türkiyənin NTV telekanalının verdiyi məlumata görə, çox ümidsiz olduğunu dilə gətirən Jean Klaude Kaudin Konstitusiya Şurasının hətta 2001-ci ildə qəbul edilən “erməni soyqırımı”nın tanınması və yəhudi soyqırımının inkar edilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan 2 qanunu da ləğv edə biləcəyini qeyd edib. 

Marsilyada Fransa Ermənilərinin Koordinasiya Şurasında çıxış edən Jean Klaude Kaudin bildirib ki, parlamentin qondarma “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu yenidən gündəmə gətirmək üçün yetərli vaxtı da yoxdur.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768