Yollarda bir dənə də olsun qartəmizləyən maşın yoxdur
Bu gün yenə paytaxtımıza güclü qar yağıb. Şəhərin demək olar ki, əksər keçələrində yollar iflic vəziyyətdədir. Belə ki, nə Hava limanına gedən yol, nə şəhərin mərkəzi, nə də ki, Elmlər akademiyası istiqamətində küçələr qardan təmizlənməyib. Maraqlıdır ki, küçələrdə qartəmizləyən maşınlar da gözə dəymirdi.
Bir neçə gün əvvəl qar yağanda AZTV “görülən işlərdən” silsilə reportajlar verirdi ki, yollar təmizlənir. Hətta süjetlərdə qartəmizləyən maşınlar da var idi.İndi görsən axşam AZTV nə göstərəcək? Çox maraqlıdır...
islamazeri.az