اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Göz muayinəsində yeni mühüm elmi nəaliyyət

Yayım Tarixi: 27.01.2012 16:25
Elm
Yazı ölçüsü: büyüt küçült         

haber
Kök hüceyrə nəqli ilə korluğu müalicə etmək mümkün olacaq

İslamazeri.az İnternet Qəzetinin "The Lancet"-ə istinadən verdiyi xəbərə görə, Yüksək Hüceyrə Texnologiyaları adlı şirkəti tərəfindən həyata keçirilən embrio-kök hüceyrə əməliyyatından sonra təcrübəyə cəlb olunan iki xəstənin də görmə funksiyalarında yaxşılaşmalar müşahidə olunmaqdadır.
Son nəticədə korluğa səbəb olan iki fərqli göz xəstəliyindən əziyyət çəkən xəstələrdən birinin 50, digərinin isə 70 yaşında olduğu bildirilir.
Əməliyyat zamanı xəstələrdən birinin göz qişasına 50 mindən çox kök hüceyrə yeridilmiş və nəticədə görmə prosesində yaxşılaşma müşahidə olunmağa başlamışdır.
Hazırda hər iki xəstənin vəziyyətinin yaxşılaşmağa doğru getdiyi, onların həkim nəzarətətində olduqları bildirilib və bu əməliyyatların hələlik bu yolda başlanğıc olduğu və nəticələrin araşdırılmasına davam ediləcəyi qeyd edilib.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768