اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Güləşçilərimiz Ukraynadan 11 medalla qayıdırlar

Yayım Tarixi: 17.02.2012 11:54
İdman
Yazı ölçüsü: büyüt küçült         

haber
Kiyevdə keçirilən beynəlxalq turnir təmsilçilərimiz üçün uğurlu alınıb

5-16 fevral 2012-ci il tarixdə Ukraynanın paytaxtı Kiyev şəhərində sərbəst və qadın güləşi üzrə ənənəvi beynəlxalq turnir başa çatıb.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, turnirdə iştirak edən həm sərbəst, həm də qadın güləşi üzrə yığma komandalarımızın üzvləri ümumilikdə 4 qızıl və 7 bürünc medal əldə edib.

Turnirin ikinci günündə güləşçilərimiz 3 qızıl və 3 bürünc medal qazanıblar. Qızıl medalları Aleksandr Qostiyev (74 kq), Patimat Baqomedova (51 kq) və Nadya Sementsova (67 kq) əldə edərkən, Hacı Əliyev, Ağahüseyn Mustafayev (hər ikisi 60 kq) və Novruz Temrezov (96 kq) bürünc medalla kifayətləniblər.

Xatırladaq ki, Kiyevdə keçirilən turnirin ilk günündə güləşçilərimiz 1 qızıl və 4 bürünc medal qazanmışdı.
Beləliklə, böyüklərdən ibarət yığma komandanın məşqçisi Aslan Ağayev və gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Arif Abdullayev rəhbərlik etdiyi sərbəst güləşçilərimiz 1 qızıl və 5 bürünc, Baş məşqçi Rövşən Umudov və böyük məşqçi Qrek İqnatın rəhbərliyi altında qadın güləşçilərimiz isə 3 qızıl və 2 bürünc medalla Vətənə qayıdıb.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768