اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Günün təamı - Şaurma

Yayım Tarixi: 30.11.2011 12:35
Ailə
Yazı ölçüsü: büyüt küçült         

haber
Şaurmanı yalnız restoranda sifariş vermək deyil, evdə də hazırlamaq olar.

Ərzaqlar:
Toyuğun döş əti
3 pomidor
Kələm
3 yaşıl xiyar
3 duzlu xiyar
3-4 yerkökü
10 ədəd lavaş
4 xörək qaşığı smetan
4 xörək qaşığı qatıq
4 xörək qaşığı mayonez
6-8 diş sarımsaq
qara istiot
qırmızı istiot
ketçup
ədviyyat və göyərti zövqə görə (keşniş, şüyüd, cəfəri)

Hazırlanması:
Şaurmanı yalnız restoranda sifariş vermək deyil, evdə də hazırlamaq olar.
Şaurmanı hazırlayarkən əvvəlcə toyuğun döş ətini 20 dəqiqə qaynadırıq.
Sonra ədviyyat, duz, istiot əlavə edərək tavada qızardırıq.
Kələmi xırda-xırda doğrayırıq.Yerkökünü sürtkəcdən keçirib kələmə qatırıq. Eləcə də xiyar-pomidoru nazık doğrayıb hazırlayırıq.

Şaurma üçün sarımsaqlı sous: Sarımsağı təmizləyib sürtkəcdən keciririk. Bura ədviyyatlar, azca şüyüd, mayonez və qatıq əlavə edilir. Zövqə görə sirkə də əlavə edə bilərsiniz.
Yaxşıca qarışdırıb dadın tam qarışması üçün yarım saat saxlayırıq.

Sonra lavaşı qoyub üzərinə sous çəkib hazırladığımız ərzaqları sıra ilə düzürük.
Əvvəl kələm və yerkökü qarışığını, sonra əti qoyub üzərinə göyərti əlavə edirik.
Sonra da nazik doğranmış pomidor və xiyarı düzürük.
Sonda üzərinə ketçup gəzdirib lavaşı bükürük.
Sobada (mikrovalnovka) qızdıra bilərsiniz.
Beləliklə şaurmamız çox sadə bir şəkildə hazır olur.

Nuş olsun!
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768