Lahmacun hazırlayarkən impavizələr də edə bilərsiniz, bir şətrlə ki, bu lahmacunun əsas tamına və quruluşuna elə də təsir etməsin.
Lahmacun hazırlanması elə də çətin olmayan, dadı isə çox ləzzətli olan yemək növüdür.
Lahmacun hazırlayarkən impavizələr də edə bilərsiniz, bir şətrlə ki, bu lahmacunun əsas tamına və quruluşuna elə də təsir etməsin.
Ərzaqlar:
2 stəkan un
2 çay qaşığı duz
3 qr quru maya
1/2 çay qaşığı şəkər tozu
4 stəkan ilıq su
150 qr qatıq (qatığı yağla da əvəz edə bilərsiniz)İç üçün:
1 orta həcmli soğan
250 qr qiymə (çəkilib qovrulmuş ət)
1 dəstə cəfəri
1-2 diş sarımsaq (olmaya da bilər)
5 ədəd bolqar bibəri
Pomidor və ya tomat
qara bibər, duz
Hazırlanması:
Öncə xəmiri yoğurun (adi xəmir formasında).
Əldə etdiyiniz yumşaq xəmir ələ yapışmamalıdır.
Xəmirin üzərini örtərək 30 dəqiqə orta tempraturlu mühitdə mayalanmağa buraxın.
Xəmir mayalanarkən siz də içi hazırlamağa başlayın.
Soğan, cəfəri, pomidor, sarımsaq və bolqar bibərini incə doğrayın.
Qiyməni (bişmiş əti) əlavə edib yaxşıca qarışdırın.
Sonra xəmiri yumurta ölçüsündə kürəciklərə ayırın (xəmiri istədiyiniz ölçüdə edə bilərsiniz, böyük və ya kiçik)
Onları 0,5 sm qalınlığında yayın.
Hazırladığınız qiyməni açdığınız xəmirin üzərinə əlavə edin.
Ancaq xəmirin kənarında 1 sm boşluq saxlayın.
Sobanı 220 dərəcəyə qədər isidin.
Soba nimçəsini unlayın.
Unladığınız soba nimçəsinə lahmacunları qoyun.
Lahmacunlar 15 dəqiqədən sonra sobadan çıxarın.
Süfrəyə verərkən yanında cəfəri, limon və sumaq qoymaq yaxşı olar.
Nuş olsun
islamazeri.az