. . .
Ərzaqlar:• 1OO qram kərə yağı
• Yarım stəkan süd və ya qatıq
• Yarım stəkan su
• 1 çay qaşığı qabartma tozu
• Aldığı qədər un (təxminən 2.5 stəkan)
• Duz
İçi:• 200 qram pendir
• 100 qram holland pendiri.
• Arzuya görə göyərti (cəfəri, şüyüd, nanə, vs.)
Hazırlanması: Ələnmiş unun ortasına süd, otaq temperaturunda saxlanmış kərə yağı, qabartma tozu, su və duz tökülür.
Yumuşaq bir xəmir yoğrulur.
Üzəri örtülərək 15 dəqiqə gözlədilir.
Bu sırada iç hazırlanır.
Pendirlər rəndələnir, göyərti doğranır.
Xəmir yarım barmaq enində, düzbucaqlı şəkildə açılır.
İçi ortasına səpilərək, rulet kimi bükülür.
Rahat kəsilə bilməsi üçün yarım saat soyuducuda saxlanılır.
Bir barmaq qalınlığında kəsilib, yan yatırılaraq yağlanmış soba listinə yerləşdirilir.
200 dərəcə, əvvəldən isidilmiş sobada qızıl sarısı rəng olana qədər bişirilir.
Nuş olsun
islamazeri.az