Süfrəyə verilərkən üzərinə quru nanə səpilir və yanına ayrıca qabda üzüm sirkəsi qoyulur
Lazım olan ərzaqlar:
Adambaşına 150 q. qoyun əti,
35 q. buğda unu,
yumurta,
10 q. yağ,
20 q. cəfəri
quru nanə,
istiot və duz
Hazırlanma qaydası:Bulyon hazırlanır.
Qiymə şəklinə salınmış ətə quru soğan, duz və istiot vurularaq qarışdırılır.
Kiçik küftələr hazırlanır.
Ayrı qabda quru lobya bişirilir.
Una yumurta, duz, qatıb xəmir hazırlanır.
Sonra 1mm qalınlığında yayılır və üzərinə bol un qoyulub bir neçə dəfə qatlanır.
Bıçaqla 1mm eninde kəsilib bir az qurudulur.
Bulyon yenidən ocağa qoyularaq qaynadılır.
Sonra küftələri üzərinə töküb təkrar qaynadılır.
Bir az sonra bişmiş quru lobya və kəsilmiş xəmir içinə tökülür, hazır olana qədər bişirilir.
Yemək ocaqdan götürülərək duzlanır və üzərinə çox kiçik doğranmış göyərti səpilir.
Süfrəyə verilərkən üzərinə quru nanə səpilir və yanına ayrıca qabda üzüm sirkəsi qoyulur.
Nuş olsun.
islamazeri.az