. .
Lazım olan ərzaqlar:1-2 stəkan qatıq
1 yumurtanın sarısı
2 xörək qaşığı düyü
1 çay qaşığı un
kərə yağı
4 stəkan su
zövqə görə duz, bibər, nanə
Hazırlanma qaydası:Düyünü yuyub, qazana tökürük. Üzərinə su əlavə edib, bişməyə qoyuruq.
Düyü bişənədək başqa bir qaba qatığı, yumurtanı, unu töküb yaxşıca qarışdırırıq.
Düyü bişdikdən sonra qatığın üzərinə qazandakı sudan bir az töküb qarışdırırıq ki, qatığı qazana tökdükdə parçalanmasın.
Sonra qatığı yavaş-yavaş qazana əlavə edib, 10-15 dəqiqə qaynadırıq.
Yağı əridib, nanə ilə qovururuq.
Yeməyimiz hazır olduqda, yağı əlavə edib, qazı söndürürük.
Şorbamız hazırdır.
Nuş olsun
islamazeri.az