اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Günün təamı - portağal mürəbbəsi

Yayım Tarixi: 24.01.2012 17:00
Ailə
Yazı ölçüsü: büyüt küçült         

haber
Portağal mürəbbəsinin hazırlanması üsulu ilə ona bənzər limon, naringi və qreypfrut mürəbbələri də hazırlamaq olar

Ərzaqlar:
1kq qalın qabıqlı portağal
8 st. şəkər tozu
1 ədəd limonun suyu
5 st. su

Hazırlanması:
Portağallar ağ iç qabığı qalacaq şəkildə narıncı qabığı soyulur.
Soyulan portağalların bir neçə yerinə bıçaqla dəlik açılır.
Portağallar bu şəkildə dərin bir qazana tökülür və üzərini örtəcək qədər su əlavə edilir.
5-10 dəqiqə qaynadılır, sonra su süzülür.
Bu proses portağalların acısı gedənə qədər ən azı 2 dəfə yerinə yetirilir (qaynadılma süzmə işi).
Başqa bir qazanda su və şəkər tozu qaynadılır.
Suyu süzülən portağallar istənilən şəkildə dilimlənir və şirənin içinə tökülür.
Limon suyu da əlavə edilir, mürəbbə şəklinə gələnə qədər bişirilir.
Soyuduqda bankalara yığılır.
Bu metodla limon, naringi və qreypfrut mürəbbələri də hazırlamaq olar.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768