NASA Günəşin səthindəki xortumabənzər nəhəng partlayışların görüntülərini çəkib
İslamazeri.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu dalğlardan bəzilərinin Dünya ilə eyni böyüklükdə olduğu bildirilir.
NASA-ın Günəş Dinamikləri Rəsədxanası (SDO) kosmosda izləmə cihazı vasitəsilə, 30 saatlıq izləmədən sonra günəşin səthindən fışqıran dalğayabənzər super-isti plazma partlamalarının “rəqsinə” şahid olub.
SDO alimləri, yer planetinin üzərində küləyin təsiriylə yaranan dalğaların əksinə, Günəşdəki plazma dalğalarının ulduzdakı güclü maqnit sahə tərəfindən formalaşdığını bildirib.
NASA-ın Goddard Kosmos Uçuş Mərkəzinin elmi işçisi Terry Kucera bildirib ki, "bu dalğalardan bəziləri haradasa bizim planetimizlə eyni ölçüdədir. Saatda 483 min kilometr sürətlə hərəkət edən bu hadisəni dünyadakı ən böyük və dağıdıcı F5 qasırğası ilə müqaisə etmək olar ki, onun da sürəti saatda 482 kilometrə çata bilir."


islamazeri.az