اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Günəşdən 100 milyon dəfə böyük nəhəng qara dəlik tapılıb

Yayım Tarixi: 25.01.2012 14:20
Elm
Yazı ölçüsü: büyüt küçült         

haber
Andromedanın mərkəzindəki qara dəliyin ətrafında mavi rəngli ulduz qrupları da müşahidə olunmaqdadır

İslamazeri.az İnternet Qəzetinin "segodnya"ya istinadən verdiyi xəbərə görə, Andromeda qalaktikasında 100 milyon günəş ölçüsündə nəhəng qara dəlik aşkar edilib
Habl kosmik teleskopu bizim qalaktikaya qonşu qalaktika olan Andromedanın mərkəzindəki 100 milyon günəş kütləsinə bərabər ölçüdəki qara dəliyin şəklini çəkə bilib.

Samanyolu qalaktikasına(Yer kürəsinin də yerləşdiyi qalaktika) ən yaxın olan və adi gözlə də seçilə bilən yeganə qalaktika olan Andromedanın mərkəzindəki qara dəliyin ətrafında mavi rəngli ulduz qrupları da müşahidə olunmaqdadır.

Mütəxəssislər bu qədər böyük ölçüdəki qara dəliyin ətrafında bu şəkildə ulduz qruplarının necə formalaşa bildiyini tam aydınlaşdıra bilmədiklərini deyir və bu istiqamətdə araşdırmalara davam etdiklərini açıqlayıblar.
NASA rəsmilərinin fikrincə qara dəliyin ətrafındakı bu mavi ulduz qruplarının yaşı təqribən 200 milyon ildir və ilkin versiyaya görə bu ulduzlar qara dəlikdən xeyli sonralar ani ulduz partlayışı nəticəsində formalaşmışdır.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768