اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Günah: Epizod I - Qətl

Yayım Tarixi: 30.06.2011 17:49
Təhlil
Yazı ölçüsü: büyüt küçült         

haber
İnsan özünü dərk etdiyi və mövcudluğunun mahiyyətini anladığı andan etibarən, bir gün bu dünyaya vida edəcəyini başa düşür

Ölümü hər bir canlının dadması labüddür. Lakin həyatın ilk işartılarından, ta son mənzilə qədər aparan cığırda Allahdan qeyrisinin müdaxiləsi yolverilməzdir, günahdır. Bunu bütün səmavi dinlər, o cümlədən də İslam bəyan edir. Lakin İslamda insan həyatına daha böyük önəm verilir. Quranda bir insanı qətlə yetirənin bütün bəşəriyyəti qətlə yetirməsi anlamına gəlməsi ideyasının qeyd olunması qətlin nə qədər böyük günah olduğunu izah edir. Həyatı insana Allah bəxş edir və bu həyatın sona gəlməsi də yalnız və yalnız Yaradana aiddir. Amma əlbəttə ki, müxtəlif istisnalar olur. Bəzi hallarda isə Allah özü bəndələrinin digər yaratdıqlarının ölümünə səbəb olmasını istəyir. Bir kəsin canına, malına, vətəninə təcavüz olduğu zaman savaşaraq təcavüzkarı qətlə yetirməsində heç bir günah yoxdur. Amma əfsuslar olsun ki, İlahi ədalət üzərində təşəkkül tapan İslam dini onun düşmənləri tərəfindən əsirlər boyu təhrif edilmiş, Peyğəmbərə (s), onun Əhli-Beytinə (ə), şəriətinə iftiralar atılmışdır. Bu gün dünyanın əksər xəbər agentliklərinin yaydıqları məlumatlarda «islam terroru», «İslam terrorçuları» terminlərinə rast gəlmək mümkündür. Halbuki bu sözbirləşmələri «qaynar buz», «günəşli gecə» və ya «acı şərbət» ifadələri kimi absurd və məntiqəsığmazdır. 

«Terror» və «terrorizm» anlayışları siyasi leksikona 2 əsr əvvəl daxil olsalar da, əslində bu təzahürlər hələ qədim dövrlərdə mövcud idilər. 

Bəşəriyyətin bütün tarixi zorakılıqlarla müşayyət olunub. Bu zorakılıqların sırasında isə bu gün terrorçuluq kimi qəbul edilən hərəkətlərə də rast gəlinib. İlk terror qruplaşması kimi Roma İmperiyasının işğal etdiyi Qədim Babilistanda fəaliyyət göstərən sikarilərin dini sektası qəbul edilir. Lakin müsəlmanlar eramızın 66-73-cü illərində Roma məmurlarını və onlarla əməkdaşlıq edən öz soydaşlarını qətlə yetirən, taxıl ambarlarını yandıran, Qüdsün su təchizat sistemini yararsız hala salan yəhudi qruplaşmanı əsas gətirərək, hələ heç vaxt yəhudiləri terrorçuluğun baniləri kimi qələmə verməyiblər. Eyni zamanda 19-cu əsrin ikinci yarısında ABŞ-da böyük vüsət almış və qaradərililəri amansızcasına qətlə yetirən «Ku-Kluks-Klan»ı nümunə kimi göstərərək, amerikalılara «Əl-Qaidənin» «mənəvi atası» damğasını vuran yoxdur. Halbuki, İslama və müsəlmanlara qarşı bu müstəvidə çox böyük haqsızlıqlar var.
Özəli məhəbbət və dözümlülüklə yoğrulan bir din heç vaxt günahsız insanların qətlinə rəvac verməyib və verə də bilməzdi. Amma neyləmək olar ki, bu gün dünyada «Əl-Qaidə», «Taliban», vəhhabilik mövcuddur. Planetdə yaşayan bir qrup müsəlmanın cahilliyindən və dünyagörüşünün məhdud olmasından istifadə edən İslam düşmənləri belələrinə amansız qətllər törətməyi, uşaqların, qadınların qanına susamağı əmr edirlər. Və bu əmrlər də icra olunur. Amma baş verən hadisələri hətta ötəri saf-çürük etdikdə aydın olar ki, bu cinayətlər heç də dinimizin təəssübkeşlərindən qaynaqlanmır. Həqiqətən də, əgər «Əl-Qaidə» ABŞ və müttəfiqləri kimi qələmə verilən bir müsəlman təşkilatıdırsa, o zaman bu qruplaşmanın törətdiyi terrorlar nəticəsində həlak olanların böyük əksəriyyətinin məhz müsəlmanlardan ibarət olmasına necə izah vermək olar? Bunun yalnız bir izahı var - «Əl-Qaidə» əslində bəyan etdiyi kimi kafirlərlərlə deyil, məhz İslamla mübarizə aparır. Üsəma bin Ladenin arxasında məhz İslam düşmənləri dayanıb. Əgər onun və rəhbərlik etdiyi qruplaşmanın mövcudluğu ABŞ-a, Avropa və sionistlərə gərəkli olmasaydı, heç şübhə yoxdur ki, bu gün Pakistana, İraqa, Əfqanıstana atom bombası atmaqla olsa belə, bu terrorçunun mövcudluğuna son qoyulardı. Amma tarix göstərir ki, «Əl-Qaidə» ABŞ-ın sponsorluq etdiyi və bəslədiyi yeganə təşkilat deyil. İranın xüsusi xidmət orqanları tərəfindən həbs edilərək dindirilən «Cundullah» terror təşkilatının lideri Əbluməlik Rigi bütün dünyaya yayımlanan videogörüntülərində etiraf etdi ki, Birləşmiş Ştatların mərkəzi Kəşfiyyat İdarəsinin himayəsində olub və sərəncamında olan yaraqlılar da məhz bu qurumun bazalarında təlim keçiblər. Belə nümunələr onlarla, yüzlərlədir. 

Bu gün İslama düşmən kəsilən dünyanın istər ən iri dövlətləri, istərsə də «cırtdanlar» anlayırlar: onların cinayətlərinin, korrupsiyaya qurşanmış rəhbərliklərinin qarşısına çıxacaq yeganə qüvvə İslam və müsəlmanlardır. Elə bu səbəbdən də dünyanın əksər qaynar nöqtələrində öldürülən, zülmə məruz qalan məhz müsəlmanlardır: Əfqanıstan, İraq, Bosniya, Sudan, Çin, Kəşmir, Fələstin. Öldürülənlər müsəlmanlar, qatillər isə digər inanclara tapınanlardır. Amma indiyə kimi heç bir müsəlmanın ağlına belə gəlməyib ki, «xristian terrorçuları», «yəhudi radikalları», «Budda azğınları» ifadələrini işlətsin. Bu da İslamın əsas qayyəsindən - insansevərlikdən, bütün bəndələrin Allah tərəfindən yaradılmasına inancdan, bütün Peyğəmbərlərə bəslənən böyük məhəbbətdən irəli gəlir. 
Etiraf etmək lazımdır ki, İslam düşmənlərinin səyləri artıq çox ciddi bəhrə verib. Əgər özünü müsəlman sayan bir bədbəxt Əhli-Beyt İmamının ziyarətgahını göyə sovurursa, bu zaman dilində «La İlahə İləllah» kəlməsi yarımçıq qalan birisi qanına qəltan olursa, bu artıq İslam deyil. Bu artıq hətta nə yəhudilik, nə də xristianlıq deyil. Bu əsl Şeytanpərəstlik və Şeytana ibadətdir. Samirrada, Kərbəlada, Məşhəddə, Nəcəfdə partlayışlar baş verərkən, Şeytanın ziyafət günüdür. Və nə qədər acı səslənsə də, bu ziyafəti İslam düşmənləri təşkil edir, amma elmsiz, cahil müsəlmanların əlləriylə. Qadınları, uşaqları, günahsız dindarları qətlə yetirən bu bədbəxtlər Cənnəti qazandıqlarını, Allaha, İslama xidmət etdiklərini düşünürlər. Amma həqiqətdə Allahın və onun bəşəriyyət üçün seçdiyi son dinin düşmənləridirlər. 
İslam günahsız insanların qətlini böyük günahlar sırasına daxil edir. Allah bu günaha mürtəkib olmaqdan hər bir müsəlmanı qorusun!
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768