اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Gələcəyin silahı: beyinə təsir və fikrin gücü ilə idarə olunan robotlar

Yayım Tarixi: 11.02.2012 17:51
Texnologiya
Yazı ölçüsü: büyüt küçült         

haber
Britaniya Kral Elmlər Akademiyasının alimləri gələcəyin silahından bəhs ediblər

 Onların qənaətinə görə, gələcək müharibələr, insan beyninə birbaşa təsir də daxil olmaqla, rəqibə "psixoloji manipulyasiya etmə"nin uğurundan asılı olaraq başlayacaq. Alimlər hərbi sənət, səhiyyə və informasiya texnologiyalarındakı son tendensiyaları öyrəniblər. Məruzə cari həftə Londonda müasir texnikanın ən müxtəlif sahələrinin aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilən geniş müzakirələr əsasında hazırlanıb. Həmin sənəddən çıxarışlar bu gün London KİV-də dərc olunub.

Məruzədə qeyd edilir ki, artıq indi energetik silahın hərbi qulluqçuların hərəkətlərinin əlaqələndirilməsinə və güclü, gözə görünməyən impuls yaradan prototipləri mövcuddur. Bəzi laboratoriyalarda insanda xüsusi dalğalar vasitəsilə qorxu və çarəsizlik hissi yaradaraq ona təsir edən psixoloji silah sistemlərinin sınaqları keçirilir. Bu halda hərbçilərdə və komandanlıqda qələbə və hətta müqavimət iradəsi tamamilə boğulur.

Qabaqcıl tədqiqatın daha bir istiqaməti insan beyninin uzaq məsafədən robotların hərəkətlərini idarə etməyə imkan verən implantlara alışdırılmasıdır. Nəticədə insan intellekti ilə robotun texniki imkanlarını birləşdirən xüsusi döyüş sistemi yaranır. Bununla da onların qarşısında döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün üfüqlər dəfələrlə genişlənir.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Ferid
11.02.2012 21:04

Tesekur edirem melumata gore
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768