اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Gənc Tamaşaçılar Teatrında 20 yanvar şəhidləri anılıb

Yayım Tarixi: 20.01.2012 17:55
Mədəniyyət
Yazı ölçüsü: büyüt küçült         

haber
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş “açıq qapı” günü keçirilib.

Lent.az-ın məlumatına görə, əvvəlcə teatrın kollektivi 20 yanvar faciəsində həlak olan soydaşlarımızın əziz xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət ediblər.“Açıq qapı”da teatrın ədəbi-dram hissə müdiri Rafiq Rəhimli çıxış edərək 20 yanvar faciəsini xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, 20 yanvar hadisələri hər şeydən əvvəl, Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi gerçəklik idi.Şəhid Anaları Komitəsinin sədri, pedaqoji elmlər namizədi, Milli qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova yaddaşlarda silinməz izlər qoyan 1990-cı il yanvarın 20-si haqqında fikirlərini dilə gətirib: “20 yanvar Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Düz 22 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 22 il keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, bu gün yaddaşlarımıza milli qürur gün kimi pərçimlənib”.Sonda yazıçı-dramaturq Tamara Vəliyevanın 20 yanvar faciəsinə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası nümayiş olunub. Azərbaycan xalqının tarixində çağdaş milli azadlıq hərəkatının şanlı qəhrəmanlıq səhifəsi olan 20 yanvar şəhidlərinə həsr olunmuş tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır.“Açıq qapı”da 20 yanvar faciəsinin şahidləri, Qarabağ müharibəsi iştirakçılarının ailələri, əlillər cəmiyyətinin üzvləri, müharibə veteranları və ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768